Maraqlı

Facebook-da 7 milyon insanın səhifəsi "sındırılıb"

18 Dekabr 2018 08:55
0 Şərh     Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook"un rəhbərliyi bildirib ki, 6,8 milyon istifadəçinin şəxsi şəkli məxfilik sazlamalarında baş vermiş nasazlıq səbəbindən açıq girişdə əlçatan olub. Bu haqda şirkətin texniki direktoru Tomer Bara deyib.
 
Milli.Az Ictnews-a istinadən bildirir ki, şirkətin səhvi başqa proqramların tərtibatçılarına istifadəçilər tərəfindən yüklənmiş, amma hələ dərc edilməmiş şəkillərə müdaxilə etməyə imkan verib.
 
Şirkətin qiymətləndirməsinə görə, təxminən 1500 mobil proqram şəkillərə giriş əldə edə bilərdi. Artıq sözügedən nasazlıq aradan qaldırılıb.
 
Bara məlumat verib ki, səhvə görə cari ilin sentyabrın 13-dən 25-dək şəkillərə giriş kənar tərtibatçılar üçün əlçatan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.