Maraqlı

İlk Opera mobil blokçeyn brauzeri təqdim olunub

15 Dekabr 2018 08:41
0 Şərh     Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Opera" şirkəti desentralizasiya edilmiş şəbəkələrdə kriptovalyutalarla iş üçün nəzərdə tutulan ilk mobil blokçeyn brauzerini təqdim edib. Təqdimat bu günlərdə Londonda keçirilən "Hard Fork Decentralized" konfransı çərçivəsində baş tutub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni "Opera" mobil brauzerin əsas fərqli cəhətləri sırasında kriptovalyutalar üçün quraşdırılmış pul kisəsi, eləcə də desentralizasiya ilə əlaqədar "Web 3.0" standartının dəstəklənməsi qeyd olunur.

"Android" əməliyyat sistemi ailələri üçün "Opera" mobil brauzeri "ağıllı" kontraktlar yaratmağa və tranzaksiyalar həyata keçirməyə imkan verən "Ethereum" protokolunu dəstəkləyir. Tərtibatçılar desentralizasiya edilmiş həllərə əsaslanan əlavələr (Dapps) yaratmaq imkanı əldə ediblər. Ümid edirik ki, brauzerin buraxılışı "Web 3.0" texnologiyasının tətbiqini sürətləndirəcək və interneti həqiqətən desentralizasiya olunmuş edəcək", - "Opera Crypto" layihəsinin rəhbəri Çarlz Hemel bildirib.

Məlumata görə, "Web 3.0" texnologiyasından yararlanmaq üçün yeni "Opera" brauzerinin istifadəçilərindən müəyyən məbləğdə "Ethereum" kriptovalyutası alaraq onu mobil əlavəyə quraşdırılan pul kisəsində saxlamaq tələb olunur. Bu halda "Dapps" ilə əlaqədar funksiyalar birbaşa pul kisəsi interfeysində görünməyə başlayacaq.

"Opera" şirkəti 2019-cu ildə "Web 3.0" texnologiyasının dəstəklənməsini brauzerin "Microsoft Windows", "Apple Mac" və "Linux" platformalı fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasına tətbiqini planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.