Maraqlı

Tarkan sudan da pul qazanır - 3 milyon qonorar

14 Dekabr 2018 14:45
0 Şərh     Baxış: 2 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Tarkanın instaqram-da müzakirələrə səbəb olan video paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi avtomobildə olarkən lentə aldığı görüntülərini sosial şəbəkədə yayaraq çəkilişə getdiyini bildirib: "Mən səhər tezdən hara gedirəm? Çəkilişə... Amma bu klip çəkilişi deyil, başqa bir şeydir".

1 milyondan çox baxılan, 12 minə yaxın şərh yazılan görüntülərdən belə nəticəyə gəlinib ki, sənətçi yeni layihə üzərində çalışır.

Lakin daha sonra məlum olub ki, Tarkan reklam şirkəti ilə müqavilə imzalayıb. Həmin video da görüşə gedərkən lentə alınıb. O, məşhur su firmasının siması seçilərək 3 milyon TL qonorar əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.