Körpələrdə qaz sancısının həll yolları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Doğulduqdan sonra əsasən 20-ci gündən etibarən başlayan və 4-5 ay davam edən bilən qazlılıq dövr, sadəcə körpələri deyil, eyni zamanda ailələri də sıxıntıya salan bir vəziyyətdir.
QAZIN YARANMA SƏBƏBİ NƏDİR?
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, qaz, körpənin südü əmərkən udduğu havadır. Qazın az olması üçün döşün tünd hissəsinin (areolanın) körpənin ağzına qoyulması lazımdır. Körpələrdəki qaz sancısı, böyüklərdəki kimi dəyərləndirilib və çarə olaraq bir sıra dərmanlardan istifadə edililir. Ancaq, körpələrdəki qaz sancısının mexanizması böyüklərdə olandan fərqlidir. Qazı yaxşı çıxarılmayan körpə anasına 3 əlamət göstərə bilər: Çox hıçqırıq tutar, qidalanma zamanı qarnından gurultu səsləri gələr və çox qaz çıxardar.
KÖRPƏLƏRDƏKİ QAZ SANCISININ SƏBƏBİ HƏRƏKƏTSİZLİKDİR.
- Bu səbəbdən hətta böyük adamlar da keçirdikləri əməliyyatdan sonrakı gün gəzdirilir və ya onlara gəzişmək tövsiyə edilir.
- Bu səbəbdən körpələr nəqliyyata minərkən sakitləşir və sancıları keçir.
- Bu səbəbdən 4-cü aydan etibarən körpə sağa-sola dönməyə başlayanda qazlılığı keçir. Bəzi uşaqların çevrilmə hərəkətlərini etməsi gecikdiyi üçün qaz sancısı da uzun çəkə bilir.
- Bu səbəblə insanlar 2-3 nəsil əvvəl körpələrdə qaz probleminə az rast gəlirdilər, çünki, körpələr indiki kimi sabit yataqlarda deyil, beşik və ya yellənən çarpayılarda yatdırılırdılar.
Əgər körpələrdə qazlılıq problemi istənilmirsə, körpə bir şəkildə hərəkət etdirilməlidir. Körpələrdə "qucağa öyrəşmə" adlı bir təhlükə mövzusu doğru deyil. Bu söz el uydurmasıdır.
Mədədə, bağırsaqda yaranmış havanı yox edən dərman yer üzündə hələ kəşf edilməyibdir. Bu iş üçün şüyüd və buna bənzər bir çox otlardan istifadə olunur. Bunların ən əhəmiyyətli xüsusiyyəti kalium elementi ilə zəngin olmalarıdır. Kalium da bağırsaq hərəkətlərini artırır. Bağırsaq hərəkətləri artınca da, insana qazını çıxarması asanlaşır. Ancaq,körpədə 6 ayına kimi ana südü və ya süni qidadan kənar hər hansı maye və dəmləmələrin verilməsi düzgün deyil. Hətta yalnışlıq nəticəsində bu cür dəmləmələr verilərsə yenə də qaz tam çıxana qədər, sancısını və ağrısını körpəyə göstərəcəkdir.
ANANIN YEDİYİ QİDALARDAN KÖRPƏYƏ QAZ KEÇƏRMİ?
Qaz yaradan qidalar ananın bağırsağında qazlılıq yaradır. Heç bir zaman ananın bağırsağındakı qaz qana qarışıb, qanla döşə və ana südününə gedib körpəyə keçə bilməz. Bu tamamilə uydurmadır.
KÖRPƏNİN QAZI NECƏ ÇIXARILMALIDIR?
İlk öncə bilmək gərəkdir ki, "QAZIN DƏRMANI HƏRƏKƏTDİR". Körpə qazı çıxarılarkən dik olaraq qucaqda(çiyin nahiyəsində) tutmaq, bir qolun üstünə oturdulmalı və yanının yuxarısına-belinin alt hissəsinə əllə masaj edilməlidir. Həmçinin həmin nahiyyəyə ehmalca hərəkətlərlə vurulmalıdır. Bu zaman körpəni ağrıtmamaq üçün əlin iç qismindən istifadə edilməməlidir. Ələ yay şəkli verilərək, içəridə hava boşluğu saxlayıb, əlin yastıq vəzifəsi rolu oynaması əhəmiyyətlidir. Eyni zamanda, körpənin qazını çıxarması üçün qarnına saat istiqamətində masaj etmək, ayaqlarını velosiped sürürmüş kimi hərəkət etdirmək və körpəni sağa-sola çevirərək hərəkət etdirmək lazımdır.
Həmçinin valideynlər tərəfindən sınanan və effektivliyi sübuta yetən Baby Bowen massaj texnikası ilə tanış olub, onu körpənin üzərində həyata keçirmək olar.
Bu dönəmdə körpələrin digər bir sancılanma səbəbi, qaz narahatlığı ilə ağlayan körpənin ac olduğu düşünülərək, qazı çıxarılmayıb yenidən yedirilməsidir. Bu halda körpənin nəcisi qızılı sarı rəng deyil, yaşıl rəngdə olur və ya körpədə həddən çox qaytarma müşahidə olunur. Körpə artıq qidanı qaytararaq özünə çarə qılmış olur. Belə körpələrin qaytarmasına baxmayaraq, az kilo alma problemi yaranmır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
3 kilo yarım "çiy köftə" YEDİ: 3.700 manat qazandı - VİDEO
-
WUF13 şəhər problemlərinin həlli üçün mühüm platformadır - Əfqanıstan rəsmisi
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar





