Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

6 Dekabr 2018 08:45
60 Şərh     Baxış: 1 314

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

60 Şərh:

  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5150

    Günaydın:).8-ci şəkil möhtəşəm,eyni mənim ağacım...Bütün qar mənzərələri F.S.D xanıma və mənim balaca dotuma hədiyyə:).4-cü və 8-ci şəkildə mələklə mən☺️

    Cavab yaz
    • Anonim
      Əsranur · 6 Dekabr 10:0320

      Bəs,7 ci şəkildəki mənə yer yoxdur?Şlyapam başımda dayanıb gözləyirəm:))Qızlar,sabahınız xeyir olsun.Mələk,çayı dəmlə gəlirəm.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 6 Dekabr 10:2220

        Sənin bütün şəkillərdə və şəxsən mənim qəlbimdə yerin hazırdır ölüm❤️:)

        Cavab yaz
        • Anonim
          Əsranur · 6 Dekabr 10:2621

          Ölöm:))))))Əsi,"Boyyy,ay günüqara,Allah maaa ölöm ver "yadıma düşdü:))))).İraq canından onun.Elə sən də mənim ürəyimdə VİP yerdəsən❤❤❤

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 6 Dekabr 10:4720

            :)))heyif o imojiləri burda vermirlər:)

            Cavab yaz
            • Anonim
              Əsranur · 6 Dekabr 11:2200

              Çox heyf:)))

      • Anonim
        melek b · 6 Dekabr 11:0930

        hamiya salamlar ESI xanim ellerinize ureyinize saqliq zehmet cekib gozel paylasimlar etmisiniz,ureyim cay hazirdir,ESI xanimin beyendiyi yede FSD xanimi gozleyirik,o qar menzerelerini cox sevir,amma bizi intizarda qoyub|((

        Cavab yaz
        • Anonim
          Əsranur · 6 Dekabr 11:2620

          Mələyim,Fsd xanımın bu aralar işlə bağlı başı qarışıqdır.Gələr,inşaAllah.

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5360

    “İndiki nəsil bizim kimi deyil.Məsuliyyətlərini dərk etmirlər.Çalışmırlar.Heç bir şeylə maraqlanmırlar.Bunların gələcəyi necə olacaq”kimi qayğı və narahatlıq doğuran söhbətləri çox eşıdırık son vaxtlar.Mövzu,ən dəyərli varlıqlarının gələcəyidir.Bu hal və xasiyyətdə öz paylarının olduğunu bilirlər əslində,onun doğurduğu stress və günahkarlıq duyğusunun verdiyi bir narahatlıqdır bu.Eyni evlərin ayrı ayrı otaqlarında yaşayırlar,onlar,əsasən...Bir tərəf,bir zamanlar özlərinin də gənc olduqlarını,təqdir edilmədikləri günləri unutmuş kimi...

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5460

    Sözün gəlişi 2500 əvvəl söylənib.Şanı dövrümüzə qədər gəlib çıxan,gənclərə aşıladığı azadlıq fikirlərinə görə ölümə məhkum edilən və zəhərini öz əllərilə içərək həyatına son verən böyük filosof Sokrat deyib:-“İndiki gənclər lüksü sevir,rejimə və böyüklərə hörmətləri yoxdur,pis münasibətdədilər və işləməkdənsə boş boş danışmağı seçirlər.Onlar artıq evlərinin qulları deyil,əfəndiləridirlər.Böyükləri otağa girdiyində ayağa belə qalxmırlar.Valideynlərinin ziddinə gedir,süfrə ədəbinə uymadan tez tələsik yeməklərini yeyir,müəllimlərini təhqir edirlər”

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5560

    ...2500 il öncə dedik.Telefonun,internetin olmadığı,həyatın fərqli olduğu bir dövr.Vəziyyət niyə belə oxşardır sizcə?...Sokrat hər dövrü əhatə edən sözlər söyləməsinə,hər dövr tərəfdar toplamağa qadir olmasına rəğmən bütün həyatını gənclərlə keçirdi.Saraya gəl,əsillərə dərs de,nə işin var meydanlarda deyənləri dinləmədi.Gəncləri yetişdirdi.O meydanda onun üçün ağlayan da,ətrafında olan da gənclər idi.Ən yaxın şagirdləri...Gəncləri tənqid edənləri gördükcə ağlımda həmişə bu sözlər fırlanır:Deyişən bir şey yoxdur...

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5660

    -Qeyri müəyyənlik qarşısında qorxu hər insanda var.Bu beynimizin bir xüsusiyyətidir,bir koddur.Qeyri müəyyənlik qarşısında gücsüz hiss edirik.Bunun üçün insanlar sosial zəkalarını inkişaf etdirdi,bir yerə toplaşa bildi,bir yerdə təbiət qarşısında güc topladı və mədəniyyətlər qura bildi.Gənclər,yaşlılar və nəsil fərqləri həmişə oldu.Qorxular və narahatlıqlar da.Ancaq aralarında bəziləri axına uyub,getməkdənsə,olanların üzərində düşündü.Sokrat kimi...

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5760

    Tənqidi zehninə qapılmaq yerinə,bəlli ki,”mən nə edə bilərəm” dedi və cavabı ölümünə səbəb oldu.Olsun!O ölümü gözə almışdı,vaxtı gələndə öz əllərilə içəcəyi zəhərdə hazır idi.Ölənə qədər həqiqi mənada yaşamaqdı əsil məsələ.Səsini min il sonraya çatdırmaq,arayışda olan insanlara təsir etmək,onlara ümid aşılamaqdı...Bir zamanlar hamımız gənc idik.İndi yaşlaşırıq.Həyatın qanunudur bu.Ancaq bəzilərimizin ölümü belə qüdrətli olur.Savabıyla,günahıyla bütün seçimlərinin məsuliyyətini yüklənmiş,müdrik bir insanın inam dolu baxışlarıyla son dəfə salamlayırlar həyatı.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 6 Dekabr 08:5860

    Bəziləri isə qorxur,peşmanlıqlar içərisində həyatı əllərinin arasından axıb getmiş,həyatlarının sonuna gəlmişlər.Bir gün o son gələcək.Bəlkə də 100% doğru çıxan tək kəhanətdir bu.Gələcəyə dair bildiyimiz ən aydın və kəskin olan şey.Ancaq o zamana qədər hər gün,hər bir an bizim.Nəfəsimizi necə xərcləmək,başqa canlara can qatmaq bizim seçimimizdir.Yaşlı bir bədəndə,gənc birinin həvəsiylə işıldayan gözlərə sahib olub olmamaq da...Bunu hiss etdirin.O zaman gənclər də,sizdən ala biləcəkləri bir şeylər olduğunu sezəcək və sizə yaxın olmağa çalışacaqlar....

    Cavab yaz
    • Anonim
      Əsranur · 6 Dekabr 10:2810

      Əsi,paylaşımlar ləzzət elədi.Sokrat kişi adam olub:)Gəncləri çox sevirəm.Allah yollarını uğurlu,açıq etsin.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 6 Dekabr 10:4610

        Həri ürək:).Amin.Sevilən,seçilən olsunlar☺️

        Cavab yaz
  • Anonim
    ESi xanıma · 6 Dekabr 20:2930

    Axşamınız xeyir. Maraqla oxudum-en azından mene çox yaxın mövzudur ve Çox sag olun.

    Cavab yaz
  • Anonim
    ESi xanıma · 6 Dekabr 20:3140

    Sokratdan soruşublar niye hemişe uşaqları terbiyelendirirsiniz, böyüklere olmazmı? Sokrat deyib: "Eyri böyümüş ağacı düzelde bilmerem, eyri böyümekde olan körpe pöhreleri düzeldirem"...

    Cavab yaz
  • Anonim
    ESi xanıma · 6 Dekabr 20:3240

    Biz hazırda eyri ağaclar meşesinde yaşayırıq.

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 6 Dekabr 22:5800

      Çox şey yazardım inan amma...

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:1300

        He, elbett)

        Cavab yaz
  • Anonim
    ESi xanıma · 6 Dekabr 20:3640

    Yazırsınız ki Sokrat genclerin daha evvelki kimi böyüye hörmet etmediyinden şikayetlenir. Ancaq Yazı yaranandan, dahiler yazandan daim bu şikayet olmuşdur. "Qızıl dövr"ün ya gelecekde olacağını, ya keçmişde qaldığını yazmışlar. Bu tezisin çox maraqlı açıqlaması var.

    Cavab yaz
  • Anonim
    PRiNS · 6 Dekabr 20:4741

    1947-ci ilin sert qışında Talışda 2 metr qar yağır. Nenem 5 km uzaqdakı kenddeki mektebe gede bilmir, deri çarıqları cırılıbmış deye. Yoxsulluq, savaşdan çıxan ölke .. Xeyli sonra mektebe gedende müellim (direktor yox ha) düzür bunları sîraya, nenemin üzüne o qeder şille çekir ki uşaq gelib 1 ay xestelenir. Az qala ölecekmiş. Beli keçmişde "müellime hörmet var idi". Sabah bele olsa, qızım o müellimin tepesine bir daş çırpsa, ya tehqir etse,ya gözünü çıxarsa men onun tunc heykelini ucaldaram..

    Cavab yaz
  • Anonim
    PRiNS · 6 Dekabr 20:5331

    Normal müellimlere hörmetsizlik aile meselesidir. Atamın babama münasibeti menim atama münasibetimdir. Atamın yanında heç vaxt yerde uzanmamışam. Bunu qardaşım menden götürür. Bizim kendde Süsen adlı qız var, ESi xanım, onun gözleri kordur. Atası vurub. Deyenekle yüzlerle zerbe endirib. Heç neyin üstünde. O ataya ozamankı hörmeti qebul etmirem. İllüziyalarla yaşamamalıyıq. Heç ne ele-bele yaranmır..

    Cavab yaz
    • Anonim
      melek b · 6 Dekabr 21:3621

      axsaminiz xeyir Prins bey gece vaxti nenenize de,Susen adli qiza da cooox uzuldum boynuma alim aqladim da.((|(((((((Qiz evladlari men deyerdim valideyin ucun bir neymetdi

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 22:1321

        Axşamınız xeyir Melek xanım. Bütün bunlar meni de çox qezeblendirib zaman-zaman. Üzülmeyin.

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 6 Dekabr 22:5710

      “Heç nə elə belə yaranmır”nə deyim ki...

      Cavab yaz
    • Anonim
      ALYaSkA · 6 Dekabr 23:1001

      Dehsetdir...Men kinli olmagi sevirem. Cunki kinli olmaq neyi ise alib aparmaz. Belke inkisaf,belke de dogru baxis verer insana. En boyuk bexs etdiyi sey ise edaletli dusuncedi. Men ozumun kinli olmagimi sevirem. Kin boyuk muveffeqiyyetdi belke de. Lazimli yerde kin de lazimdi.

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:2600

        Sen kini teqdir edirsen. Men ise çox kinliyem. Kinden ibaretem)))

        Cavab yaz
        • Anonim
          ALYaSkA · 6 Dekabr 23:3400

          Beli teqdir edir edirem. Veziyyet kini teleb edirse bu kimsenin sehvi deyil. Insanlarla ehtiyyatli davranmaq lazimdi. En qorxulusu usaq vaxti qazanilan kindi. Bax bu qarsi teref ucun en boyuk tehlukedi. Kin sahibine meglubiyyeti..

          Cavab yaz
          • Anonim
            PRiNS · 7 Dekabr 00:0100

            Kinimi sevirem..

            Cavab yaz
      • Anonim
        melek b · 6 Dekabr 23:4500

        Movlananin bir sozu var Nifret ve kinin ertesi pesmanlikdir,amma pisxoloq N.Aqayev mueyyen qeder kinli olmaq lazimdir.Eser insan kin saxlamirsa ,basina gelenlerden ders cixara bilmez,Neticede her defe eyny sehvleri buraxar.bu sebebden de adeten kin saxlamayan insanlar eyni sehvleri tekraelayirlar.|))

        Cavab yaz
  • Anonim
    PRiNS · 6 Dekabr 21:0230

    Eger şayet, ailem olsa, övladımdan şikayetlene bilmerem. Sivilizasiyadır bu. XVIII esr İngilisinin ata-övlad sevgisi ("Sonuncu Mogikan"da) yaxındakı ibtidai Hindularla-Çinqaçquk ve Unkasla müqayise edilir. Unkasın da, Çinqaçqukun da sevgisinde nese sirli, müqeddes bir şey var. Beşerin beşik günlerinin qoxusu gelir........ Biz sivilizasiyanın "Plasik adam" kodeksinden yaxa qurtara bilmeyeceyik. Biz heç vaxt ne Unkaslara, ne Çinqaçquklara rast gelmeyeceyik.

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 6 Dekabr 22:5320

      Təəssüf ki,düzdür.Hardasa 9-10 yaşım olardı.Balaca amma çevik uşağıydım.Atamın sayəsində zirək böyümüşdüm.Belə olmağıma tələb var idi,çünki qardaşım çox gec doğulmuşdu.Xülasə,inəyi naxırdan ayırdım,evimizə qayıdanbaşı başım necə qarışdısa oyun oynamağa bir də ayıldım ki,qaranlıq qovuşub.Tələsik evə qaçıram,məni nə gözlədiyini bildiyimdən var gücümlə qaçıram.İnəyi anama təhvil verib həyətə girdim atam əlində söyüdün şüy çubuğu oturub həyətdə.Başı ilə çağırdı məni,düz önundə dayanmışam.Hər sual verdikcə bir çubuq.Hardasan?Görmürsən qaranlıq düşüb?Bilmirsən anan səni gözləyir?Hesab elə bir 5-10 sual:)).Mən isə uşaqlıqdan ağlamağı sevmirəm.Dişimi sıxıb durmuşam.Sonunda suallar bitdi.Təbii ağlamayacağımı bilən atam da,yumşaldı bir az.O an mənə ən təsir edən,əmimin və digər qonşu əmilərin gülərək mənə baxması oldu.Amma atama qarşı heç vaxt kin tutmadım.Çox istəyirdim onu,istəyirəm.Anamdan daha çox.Çünki anlayırdım onu.İnan bu daha çətindir.Hamını anlamaq haqq verməkdən çətin bir şey yoxdur dünyada.

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:1600

        Atana haqq verirsenmi? Men haqq verirem. Men evde qalmazdım. Mütleq gedib axtarardım. Bağrım çatlardı e evde ki bu uşağa ne oldu))

        Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:1800

        Ancaq niye o adamlar qala-qala seni gönderirdiler??? Bura çatanda heç birinin heç bir haqqı çatmırdı döymeye.

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 6 Dekabr 23:3700

          Adamlar??Hansı adamlar??Axtarmağa ehtiyac yoxuydu çünki onlar məni bilirdilər.Bütün gününü dağda daşda keçirən bir uşaqdan niyə nigaran qalsınlar.Həm onda ümumi təhlükə böyük olsa da,indiki iyrəncliklər yox idi.Bu işlər mənim marağımda və öhdəmdəydi.Atamla isə aramdakı bağ çox başqaydı.O,mənim onu anladığımı bilirdi.Və evdə ən yaxşı yola getdiyi tək insan da mən idim:)).Elə indi də,heç kimin ona deməyə cəsarət edə bilmədiyi şeylər mənim öhdəmdədir.Dilini bilirəm:).

          Cavab yaz
          • Anonim
            PRiNS · 6 Dekabr 23:5200

            Günün günorta çağı qardaşım itdi. Saatlar ötdükce nigarançılıq başqa şeye çevrildi. ..Demek olar bütün kend axtarırdı. Sen deme At dolaşdırıb zencirine ve ölümcül halda perçimleyib kolun içine. .. Demek atanızın ince hessaslığı olub.. Atam ağıllı idi, incelikle heç arası yox idi. Halbuki bu, ata üçün çox vacib bir şeydir.

            Cavab yaz
      • Anonim
        ALYaSkA · 6 Dekabr 23:1900

        Belke de kinin yaranmamasi ucun hemin hadiseden daha guclu sebebin olub Esim.) Insan olur..edaletli gorursen,her hereketine mentiqle baxirsan. Cunki sen o insani cox yaxsi taniyirsan. Bilirsen neye goredi. Ele seyler de olur ki,gec bir sey duz gelmir. Anlamirsan ne bas verdiyini. Prinsin dediyi kimi "eyri agaclar mesesinin"bir palid agaci...

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 6 Dekabr 23:2700

          Münasibətlərin kökünün hara bağlandığını,səbəbləri dünən çürütmüşdük biz balaca dost.Elə həmin məsələdir inan.Çünki atam o kökdəki tək aydın insan olub və mənəvi əziyyəti çox olub.Cəhalətlə savaşmaq çox çətindir.Cəhalət dediyim qətiyyən savadla,ali təhsillə əlaqəli deyil haa,bu ikisini bir birinə qarışdıran insanlara qarşı qəzəb duymuşam həmişə.

          Cavab yaz
          • Anonim
            ALYaSkA · 6 Dekabr 23:4900

            Amandir mene qezeblenme ayir ede bilirem.)) Deyim ki,men o "munadibetlerin koku"nun gedib cixdigi,sonra da getirib cixardigi yeri qrbul etmirem. Biz heyati birce defe yasayiriq. Kepenek kimi yasamaq var. Hansisa prinsiplere gore mehv edirik.(

            Cavab yaz
            • Anonim
              ƏSİ. · 7 Dekabr 00:0300

              Harasa çıxmaq,çıxa bilmək üçün o dediklərim şərtdir.Boş çırpınış,üsyan heç nəyi həll etmirsə məhv olmağa dəyməz.Yollar hər zaman var.Təki məqsəd,məqsədə çatmaq olsun:).Bu yolda hər şey mübahdır balaca dost☺️

      • Anonim
        PRiNS · 6 Dekabr 23:2400

        Men öz Mumiya Emimin buna oxşar ehvalatını yazsam, siz gedib atanızın ellerinden öpeceksiniz. Ona göre mene teeccüblenmeyin, Esi xanım.

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 6 Dekabr 23:5100

          Mumiya əmini tanıyıram deyəsən.Deyəsən dediyin məfhum elə ikimizə də yaddır:)

          Cavab yaz
      • Anonim
        melek b · 6 Dekabr 23:2700

        axsaminiz xeyir ESI xanim ,menim fikrime gore ovladin valideyine gosterdiyi munasibet barede ne qeder mesuliyyet dasiyirsa ,valideyin de ovlad uzerinde boyukluk etmek selahiyyetinden nece faydalanmasi barede bir o qeder cavabdehdir.nece yasinda olmasindan asli olaraq usaqlara siddet gosterilmemelidir.

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 6 Dekabr 22:5600

      Uşaqlıqdan hər hissimi kağızdan çıxmışam.Ağlamağı da,qəzəbimi,darıxmağımı,çatışanı,çatışmayanı hamısını boş kağıza etibar etmişəm.Hər zaman.Elə indi də.

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:1800

        Tanış meseledir. Ele yuxarıdakı da...

        Cavab yaz
    • Anonim
      ALYaSkA · 6 Dekabr 22:5800

      Salam ) Maraqli yanasmadi. Amma men de bir seyi deyim. Menim bildiyim Prins hec zaman esrle barismaz. Cunki yonlendirdiyi yol dogru yoldursa bunu ne XXI-ci esrin telebleri deyiser,ne de "kohne gencliyin adet"leri. Deyerdim ki,eger qaydalar heqiqeten mentiqli ve xeyiredirse niye de valideyin mudaxile etmesin? Niye de yox? )

      Cavab yaz
      • Anonim
        PRiNS · 6 Dekabr 23:2200

        Salam Günel. Xoş gördük)) Son cümlene çatanda deyim ki Sağlam Mentiq üzre Edalet nedirse, onu edin. Ele qelbi sındıran, qıran da edaletsizlikdir....

        Cavab yaz
        • Anonim
          ALYaSkA · 6 Dekabr 23:3900

          Xos gorduk)) Edaletsizlik,laqeyidlik...Qelbi qirar. Elbette. Men tez inciyib kusen insanam goresen bu erkoyunluk,eqoistlikdi? )

          Cavab yaz
          • Anonim
            PRiNS · 6 Dekabr 23:5400

            Sen??? Qelbisınıq adamlar tez inciyir.. Sen ise eqoist deyilsen.

            Cavab yaz
  • Anonim
    melek b · 6 Dekabr 21:4530

    qiz evladlari ,analari evde bir sey hazirlayarken,oqlan usaqlarinin basi oynamaqa ,yemeye qarisarken,qiz usaqlari analarinin komekcilerine cevrilir,zaman kecdikce oz qizinin bir evin xanimi olacaqi gunu xatirlayib kovrelir analar.Evlad konul meyvesidir ,onlari zamanina gore terbiyye etmek lazimdir ,isgence vermek yox.

    Cavab yaz
    • Anonim
      ALYaSkA · 6 Dekabr 23:0300

      Qardasimla birge yemek bisirdiyimiz gunler yadima dusdu)) Sonra anama hansisa isi gormek ucun komeyimiz mubahisemizle basa catirdi.. Dusunurem ki,valideyinler evde oglan ovladlarina da hansisa isi gormeye adet etdirmelidi. Qardasin sevgiyle hazirladigi cay ayri cur dadir.) Bu neyese zerer vermir. Sadece bacinin qardasina sevgisi evezedilmez olur.

      Cavab yaz
      • Anonim
        melek b · 6 Dekabr 23:3300

        menim qardasim telebe olana qeder hec bir isin ucundan tutmayib eve bazarliq etmekden basqa,yarislardan evde tapilirdi ki,|))) telebe olduqdan sonra ara sira metbexde meharetin gosterdirdi|)

        Cavab yaz
  • Anonim
    ALYaSkA · 6 Dekabr 22:4510

    Axsaminiz xeyir) Urek cox sag ol qar hediyyen ucun. Men 2 ve 4-cu sekilleri gotururem. Qar yagandan sonraki Gunesle az qaliram savasa cixim)) Bu ile qismet bpyuk sevgiyle qar gozleyirem. 4-cu sekil de esl "payiz asiqi")) Bu arada men dunen gece senden bele gozel yazini gozleyirdim. Senin heyata baxisin muqayiseedilmez derecede ferqlidi. Cemiyyeti anlamaq boyuk istedad teleb edir. Cunki cemiyyet anlasilmaz qalmaq isteyerken onu basa dusmek cox boyuk fedakarliq teleb edir...

    Cavab yaz
  • Anonim
    ALYaSkA · 6 Dekabr 22:4710

    Salam Melek necesen? )

    Cavab yaz
    • Anonim
      melek b · 6 Dekabr 23:0100

      Axsamin xeyir Gunel necesen|? cox saq ol yaxsiyam,sen neynirsen???

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 6 Dekabr 23:2510

        Cox sag ol can. Men gozleyirem... )

        Cavab yaz
        • Anonim
          :)) · 7 Dekabr 08:5800

          Sagol kalyasaka

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.