Maraqlı

Az su içmək ziyanldır, çox su içmək ölümcüldür

20 Noyabr 2018 21:05
1 Şərh     Baxış: 2 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kifayət miqdarda su içmək insan sağlamlığının əsas şərtlərindən biridir.

Mütəxəssislər suyun kifayət qədər içməyinin vacibliyini daim vurğulayırlar. Lakin bəzən insanlar fikirləşir ki, suyu nə qədər çox içsən, bir o qədər faydalıdır. Bu çox təhlükəli yanılmadır. Suyun həddindən artıq istehlakı da təhlkəli ola bilər və orqanizmə ciddi ziyan vura bilər.

Business Insider nəşrində dərc olunmuş məqalədər qeyd olunur ki, insan gün ərzində 3 l qədər su içə bilər. Təbii ki, bu insanın bədən çəkisindən, havadan, fiziki gərginliyin intensivliyindən və s. bir çox amillərdən asılıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, böyrəklərimiz müəyyən rejimdə işləyir və qısa müddət ərzində çoxlu su içmək onlar üçün ziyanlıdır. Belə ki, mütəxəssislər vurğulayır ki, insan 1 saat ərzində 800 ml - 1 l-dan çox su içərsə, bu böyrəklərə ciddi ziyan vura bilər.

Suyun həddindən artıq istehlakı həmçinin ürək-damar sisteminə ziyan vurur, ürəyin fəaliyyətinə mənfi təsir edir, təzyiqin düşməsi, baş ağrıları, yuxululuq, beyinin fəaliyyətinin pozulması kimi fəsadlara yol aça bilər. Bunlar "su intoksikasiyanın" simptomlarıdır.

Suyun həddindən artıq istehlakı orqanizmdə bütün hüceyrə və toxumaların ödemləşməsinə (şişməsinə) səbəb olur. Nəticədə beyinin strukturları ciddi zədələnə bilər və insan bu pozulmanın fonunda həlak ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.