Maraqlı

Hicaba keçmək üçün hansısa xüsusi bir əməl və ya şərt lazımdırmı?

20 Noyabr 2018 23:45
0 Şərh     Baxış: 2 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hicaba keçmək üçün hansısa xüsusi bir əməl və ya şərt lazımdırmı?

Hicab şəriətə görə hər bir qadının vəzifəsidir və yetkinlik yaşına çatmış hər bir qadın hicaba riayət etməlidir. Yaşından asılı olmayaraq qadın nə zaman hicab bağlamaq qərarına gələrsə, təxirə salmadan bunu həyata keçirməlidir. Hicaba keçmək üçün hər hansı ayın icra etmək lazım deyil. Bəziləri belə düşünür ki, hicaba keçməzdən əvvəl qüsl almaq, dua etmək və ya hicabı hansısa məsciddə, ziyarətgahda bağlamaq lazımdır. Bu düşüncə yanlışdır, heç bir xüsusi əməl tələb edilmir. Hicab bağlamağı qərara alıan qadın sadəcə olaraq həmin andan etibarən naməhrəmdən örtünməli, naməhrəmin gözünün qabağına çıxanda hicaba riayət etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.