Maraqlı

Cennifer Lopes məşhur universitetdə işçi axtarır - FOTO

8 Noyabr 2018 09:31
0 Şərh     Baxış: 2 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes qeyri-rəsmi nikahda olduğu Aleks Rodrigeslə birlikdə Stenford Universitetində olublar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 49 yaşlı Lopeslə 43 yaşlı Rodriges Kaliforniya ştatındakı Palo-Alto şəhərində yerləşən, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan universitetdə çəkilmiş fotolarını İnstagram profillərində paylaşıblar.

Cennifer Lopes səfərin məqsədini açıqlamasa da, Rodriges "işçi axtarırıq" yazıb.

Universitetdə olarkən Lopeslə Rodriges Stenford Ali Biznes Məktəbinə də baş çəkiblər.

Onları kütləvi informasiya vasitələri üzrə mütəxəssis, 25 illik təcrübəyə malik Ellison Krüger müşayiət edib.

Cennifer Lopesin sabiq əri, müğənni və bəstəkar Mark Entoni ilə nikahdan Maksimillian və Emma adlı iki əkiz övladı, Aleks Rodrigesin isə sabiq xanımı Sintiya Skertislə nikahdan Ella və Nataşa adlı iki qızı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.