Maraqlı

Maddi yardım edəndə ən mühüm amil

8 Noyabr 2018 23:50
0 Şərh     Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim infaqın keyfiyyəti barəsində bizə buyurur: "Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda)xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar". ("Bəqərə" 274).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, infaqın insana savab qazandırması üçün əlbəttə ki, bu şərtlərə əməl olunması bəyəniləndir. Yəni, infaq edən şəxs öz infaqını edən zaman yaxşı olar ki, həmin şəxsin ictimai və əxlaqi tərəflərinə nəzər salaraq etsin. Yəni, gecə və gündüz, aşkar və gizli şəkildə etdiyi infaqlarda həmin şəxsə əxlaq nümayiş etdirsin və onun ictimai vəziyyətini nəzərə alsın, şəxsiyyətinə zərər vurmaqdan uzaq olsun.

Adətən, Məsumlarımız (ə) infaqı gecə və gizli halda edərdilər ki, bu əməl infaq alanların şəxsiyyətinə ziyan vurmasın. Bu əməldə ixlas mühüm amildir. İnfaqın Allah yanında az və çox olması əsil mövzu deyildir, əslində mühüm olan odur ki, ixlaslı olsun.

Adətən insan elə varlıqdır ki, sabahısı gününün ruzi barəsində narahat olar. O kəslər ki, mallarını infaq edərlər, bəzən mallarının azalmasına görə qəmgin olarlar. Bu hiss bəzən onları istədikləri kimi infaq etməkdən saxlayar və qorxudar. Ancaq Allah yuxarıdakı ayədə buyurur ki, infaq edən insan gərək qorxmasın və qəmgin olmasın. Çünki Allah onlara vədə verir ki, sabahkı ruzisini Özü təmin edəcək.

O kəslərin ki, Allaha imanı tamdır, onlar heç bir zaman infaq etməkdən qorxmaz və qəmgin olmazlar. Çünki yaxşı bilirlər ki, əldən verdikləri az miqdarda ruzinin qarşılığını neçə qat alacaqlar.

Beləliklə deyə bilərik ki, infaqın ən yaxşı forması - gizli və aşkar, gecə və gündüz olmasına baxmayaraq, ixlaslı olmasıdır. İnfaq edən şəxs əxlaq nümayiş etdirməli və qarşı tərəfə minnət qoymamalıdır, onun şəxsiyyətini qorumalıdır. Eyni zamanda, etdiyi bu infaq ilə başqalarını da həmin əmələ təşviq etməlidir. Bu cür infaq insana həm dünyada və həm də axirətdə xeyir gətirər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.