Maraqlı

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

7 Noyabr 2018 11:01
0 Şərh     Baxış: 5 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada ən məşhur gözəllik müsabiqələrindən olan "Miss Bumbum" başa çatıb. Amma çox böyük qalmaqalla.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, San-Paulu şəhərindəki "Club Eazy" gecə klubunda finalı keçirilən müsabiqədə Rorayma ştatını təmsil edən 31 yaşlı Ellen Santana qalib sayılıb. Lakin 2-ci yerə layiq bilinən, Rio Qrande de Sul ştatından olan 27 yaşlı Aline Uva səhnədə dava salıb.

"Mənim yambızlarım burada rəqibsizdir. Çünki silikonlu deyil, təbiidir", - səhnədə Santanaya hücum etmiş Uva deyib.

3-cü yerin transseksuala verilməsi isə aranı əməllicə qarışdırıb.

Uvanın dediyinə görə, onun 110 sm-lik yambızları Santana ilə müqayisədə 5 sm böykdür: "Üstəlik, tamaşaçıların səslərinin əksəriyyətini mən almışdım".

Müsabiqənin qalibi Santana isə bütün iddiaları rədd edib: "Qələbəmə kimsə şübhə edə bilməz! Məni nədəsə suçlayanların hamısı plastik cərrahiyyə əməliyyatı nəticəsində "gözəl" olanlardır".

27 yaşlı transseksual Paula Oliveyraya 3-cü yerin verilməsi qalmaqalı daha da böyüdüb. Oliveyra 6 il əvvəl cinsini dəyişərək qadın olmuşdu.

"Miss Bumbum" gələn ildən etibarən beynəlxalq müsabiqəyə çevriləcək, "Miss Bumbum World" olacaq. Yeni müsabiqə Yaponiya və Rusiyada da keçiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.