Maraqlı

Ayının gözündə katarakta əməliyyatı aparılıb

7 Noyabr 2018 07:07
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Hokkaydo prefekturasında yerləşən heyvanxanada 10 il əvvəl görmə qabiliyyətini itirmiş Asiya qara ayısının gözündə aparılan katarakta əməliyyatı nəticəsində o, sağalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Nobita adlı ayı Hokkaydo prefekturasının Noboribetsu şəhərindəki heyvanxanada yaşayır. Onun gözündə əməliyyat iyunda Rakuno Qakuen Universitetinin və heyvanxananın baytar həkimləri tərəfindən Ebetsu şəhərində aparılıb.

Baytar həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb və ağırlaşma verməyib.

Heyvanxananın əməkdaşları bildiriblər ki, Nobita hazırda heç bir çətinlik çəkmədən yeməyini tapır və ətrafda baş verənləri izləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.