Maraqlı

Sızanaqlara görə aynaya nifrət edən qızı indi görün... - FOTO

24 Oktyabr 2018 08:22
1 Şərh     Baxış: 4 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Mançestr şəhərində yaşayan Ella Qorton adlı qadını indi görənlər tanıya bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 25 yaşlı qadının sızanaqlar üzündən başı dərddə olub. Lakin sızanaqlardan canı qurtulan Ella indi gözəlliyi ilə heyran edir.

Bu barədə danışan Qorton bildirib ki, üzü rəfiqəsi ilə illər öncə Meksikada tətildə olarkən yara qoymağa başlayıb. Daha sonra simasının tamamilə sızanaq basdığını və insanların ona qəribə baxdığını görən Ella depressiyaya düşüb. Bahalı kremlərdən istifadə etsə də, heç bir nəticə əldə etməyib. 

Bir gün getdiyi bir həkim ona dərman məsləhət görüb. Lakin dərman yalnız şəxsin imzası ilə verilə bilərdi.

Belə ki, Qortonun adını çəkmək istəmədiyi dərman ya onun simasını sağaldacaq, ya da əks təsir göstərərək, daha da tanınmaz hala salacaqdı. Ella riskə gedərək, dərmandan istifadə etməyə başlayır və siması get-gedə əvvəlki vəziyyətini alır.

Ella onu da əlavə edib ki, sızanaqlar üzündən uzun müddət aynaya nifrət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.