Maraqlı

Revmatizmin, sətəlcəmin, qripin bal ilə müalicəsi - TÜRKƏÇARƏ

16 Oktyabr 2018 21:35
0 Şərh     Baxış: 3 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç kəsə sirr deyil ki, bal min bir dərdin dərmanı sayılır. Allahın bizə bəxş etdiyi bu sirrli məhsul bir çox xəstəliyin müalicəsində istifadə olunur.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, baldan bir neçə formada məcun hazırlaya bilərsiniz.
 
Onlardan bir neçəsini təqdim edirik:
 
Qrip simptomları zamanı təbii bal və sürtkəcdən keçirilmiş sarımsağın qarışığını hazırlamaq müalicəvi effekt verir. Yatmazdan əvvəl ilıq, qaynanmış suya və ya südə bir xörək qaşığı bal əlavə edərək qəbul etmək də müsbət təsir göstərir. Qripdən şübhələndiyiniz zaman xüsusi bitki tərkibi ilə müalicə olunmaq məqsədəuyğundur. Bunun üçün 1 xörək qaşığı təbii balı, 1 xörək qaşığı itburnu, qarağat və moruğ qarışığını qaynar suya töküb 15 dəqiqə gözləmək lazımdır. Belə müalicəni gündə üç dəfə yeməkdən yarım saat əvvəl, 0,5 stəkan içmək lazımdır.

Hərarət azaldan və sətəlcəmə qarşı vasitə kimi soyuqdəymə zamanı qeyd etdiyimiz müalicə metodlarından isifadə etmək faydalıdır: 1 xörək qaşığı cökənin güllərini və moruğun giləmeyvələrini 2 stəkan isti suya tökün, 5 dəqiqə qaynadın və soyumaq üçün kənara qoyun. Həlim soyuduqdan sonra süzün və üzərinə 2 xörək qaşığı bal əlavə edib həll edin. Müalicəvi içkini gündə 3-4 dəfə, 0,5 stəkan qəbul etmək lazımdır.

Anginadan qorunma vasitəsi kimi növbəti tövsiyyə - 1 xörək bal və çobanyastığını (aptekdən əldə edə bilərsiniz) 250 ml qaynar suya əlavə edib, dəm alması üçün gözləyin (yarım saatdan az olmamaq şərti ilə). Gündə üç dəfə yaxalama üçün istifadə edin.

Radikulit və ya revmatizm ağrılarından azad olmaq üçün xalq təbabətində bunlar məsləhət görülür: Turpu kəsərək içi ovulur. İçərisini balla doldurularaq, 4 saat saxlanılır. Sonra yaranan şirə ilə ağrılı yerləri ovxalamaq məsləhət görülür. Müntəzəm istifadə etsəniz müsbət nəticə əldə edəcəksiniz.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.