Maraqlı

LG şirkəti 7 kameraya sahib smartfonun patentini alıb

13 Oktyabr 2018 08:41
0 Şərh     Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 həftə bundan öncə LG şirkəti 5 kameraya sahib LG V40 ThinQ smartfon modelini təqdim etmişdi. Lakin görünür, şirkət kameraların sayını artırmaqda dayanan deyil. Belə ki, şirkət 7 kameraya sahib smartfonun patentini əldə edib. Məlum olub ki, şirkət bu patent sorğusunu hələ 2016-cı ildə göndərmişdi. Lakin ABŞ-ın ticarət nişanları və patentləri üzrə komissiyası yalnız 2 Oktyabr tarixində D829678S nömrəli patent sorğusunu ortaya çıxardıb.

Patent sənədlərində 7 kameraya sahib smartfon xarici görünüşcə 2015-ci ildə satış çıxmış LG G4 modelinə bənzəyir. Smartfon 4 arxa kameraya və 3 ön kameraya sahibdir. Arxa paneldəki kameralar Huawei Mate 20 Pro-dakı kimi kvadrat şəklində yerləşdirilib. Ön paneldəki kameralar isə bir sıra üzrə yerləşdirilib. Nəticə etibarilə LG şirkətinin bu smartfonu istehsal edib-etməyəcəyi hələki məlum deyil. Çünki bu hələki bir patentir. Lakin son zamanlarda 3, 4 və hətta 5 kameraya sahib smartfon modellərinin dəbdə olduğunu nəzərə alsaq şirkətin 7 kameraya sahib smartfon istehsal edəcəyi ehtimalı heç də təəccüblü olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.