Maraqlı

Rianna xeyriyyə gecəsi keçirdi, "hədiyyə" oldu - FOTO

15 Sentyabr 2018 12:24
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Barbados əsilli amerikalı müğənni Rianna Nyu-Yorkda "Diamond Ball" xeyriyyə gecəsi keçirib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Nyu-York Moda Şousunun son günündə təşkil olunan tədbir üçün "Cipriani Wall Street" seçilmişdi.

30 yaşlı Rianna "Alexis Mabille Couture" brendinin əsəri olan paltarda idi və o, "canlı hədiyyə"yə bənzəyirdi.

4 ildən bəri hər il keçirilən "Diamond Ball"ı Riannanın yaratdığı və ana nənəsi ilə babasının adlarını verdiyi "The Clara Loinel Foundation" təşkil edir.

Fond təbii fəlakət qurbanlarına yardım edir, habelə təhsil və səhiyyə proqramlarına dəstək verir.

Builki "Diamond Ball"a Peris və Niki Hiltonlar, Kendis Sueypul, Jasmin Sanders, Coan Smols, İssa Ri, Donald Qlover, Quççi Men, Keyşa Kaor, LaLa Entoni, Tiffani Heddiş və digər modellər, şou-biznes ulduzları, müğənnilər, sənətçilər qatılmışdılar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.