Maraqlı

Dawn-un istismar müddəti başa çatır - VİDEO

15 Sentyabr 2018 07:11
0 Şərh     Baxış: 844

ABŞ Kosmik Agentliyinin (NASA) "Dawn" planetlərarası zondu 11 illik tədqiqatdan sonra öz missiyasını başa vurmağa hazırlaşır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, zondun birlikdə əsas asteroidlər qurşağının kütləsinin 45 faizini təşkil edən Serera və Vesta asteroidlərinin tədqiqinə cəlb edilməsi ilə əlaqədar olaraq "Dawn" missiyasının istismar müddəti bir neçə dəfə artırılıb. Hazırda kosmik gəminin yanacağının əsas tərkib hissəsi olan hidrazin mayesi tükənmək üzrədir. Ekspertlərin fikrincə, bu, tam olaraq sentyabr-oktyabr ərzində baş verəcək: "Dawn" zondunun Yerlə rabitə əlaqəsi kəsiləcək və onilliklər ərzində orbitdə Serera ətrafında dövr etməyə başlayacaq.

Bildirilir ki, 2007-ci ilin sentyabrında buraxılan zond 2011-2012-ci illərdə Vestanı tədqiq edərək obyektin krater, kanyon və dağlarının şəklini çəkib.

"NASA" əməkdaşları qeyd edir ki, onlar kosmik gəminin istismar müddətinin başa çatmasına görə təəssüf etsələr də, bütün mütəxəssislər qrupu onun nailiyyətləri ilə fəxr edir. Onların sözlərinə görə, "Dawn" təkcə asteroidlərin sirlərini açmayıb, eyni zamanda bütün missiya ərzində iki yerdənkənar istiqamətdə orbital cisimlərə uçan ilk zond olub.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dawn-un istismar müddəti başa çatır

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.