Azərbaycanda ürəkbulanmada təyin olunan Çerukal inyeksiyaları yoxa çıxıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan apteklərində pasiyentlərə tez-tez təyin olunan qusma, ürəkbulanma əleyhinə Çerukal kimi təcili və təxirəsalınmaz yardımda istifadə olunan preparat tapılmır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, pasiyent müraciətində deyilir:
"Metoklorpamid molekul tərkibli müxtəlif adda bütün inyeksiyaların Bakı, Sumqayıt və rayonlarda apteklərdə tapılması qeyri-mümkündür. 153 qaynar xətt xidməti hər hansı aptekdə 1-2 ampul qalıbsa, onu deyir. Gedib aptekə çatanda artıq qalmadığının şahidi oluruq.
Hazırda havaların tez-tez dəyişməsi səbəbi ilə diareya, ürəkbulanma, soyuqdəymə, qusma, zəhərlənmə halları yayılır. Bu simptomlara qarşı isə Çerukal təyin olunur. Bu inyeksiya isə yoxdur. Xahiş edirik, məsələni araşdırıb, ictimailəşdirəsiniz".
Medicina.az saytının əməkdaşı dərman preparatları ilə bağlı qaynar xəttə (153) zəng edərək inyeksiyanın həqiqətən də Azərbaycanda olmadığını, depolarda qalmadığını dəqiqləşdirib. Operator xanım bu dərmanın hər gün pasiyentlər tərəfindən soruşulduğunu, şikayətlər daxil olduğunu, lakin bir kömək edə bilmədiklərini bildirib.
Çerukalın tabletləri bir sıra apteklərdə qalıb. İnyeksiyasının nə səbəbə gəlmədiyi, nə zaman gətiriləcəyi barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, Səhiyyə Nazirliyinə bir neçə dəfə əhəmiyyətli və lazımlı dərmanların apteklərdə tapılmadığı ilə bağlı müraciət etdikdə, nazirlik ölkəyə dərman vasitələrinin gətirilməsi ilə məşğul olmadığını, farmakoloji şirkət və fiziki şəxslər tərəfindən idxal olunduğunu bildirərək, dolayısı ilə dərman qıtlığı ilə bağlı problemlərdə rolunun olmadığını bildirmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"
-
Günün qoroskopu: İş və şəxsi həyat balansını qoruyun
-
Yasamalda vətəndaşlar susuz qaldı
-
Qurban Qurbanov təsdiqlədi - "Onlar bizə çox gec qoşulublar"
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur
-
Gerçek Alnıaçık "Taşacak bu deniz"dən gedir (Foto)
-
Netanyahu orduya Livanda atəşi dayandırmaq əmri verdi
-
Dua Lipanın toy (Fotoları)
-
Yeni mühitə ən sürətlə uyğunlaşan 3 bürc





