Maraqlı

4500 illik Xeops piramidasının sirri çözüldü - FOTO

5 Sentyabr 2018 22:05
0 Şərh     Baxış: 5 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qədim Misir sivilizasiyasından qalan piramidaların sirri hələ də bütün dünyanın maraq dairəsindədir.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Xeops ehramının inşası barədə yeni iddia ortaya atılıb.

Amerikalı mühəndis Glen Deş Xeops ehramının dizaynının sirrini tapdığını bildirib. 4500 il əvvəl inşa edilən Piramidanın şimal, cənub, şərq və qərb tərəfləri son dərəcə qüsursuz inşa edilib. Bəs bunun səbəbi nədir?

Deş İngiltərənin "Daily Mail" qəzetinə bu barədə məlumat verib. Onun iddiasına görə bu sirrin sadə bir cavabı var: payız gecə-gündüz bərabərliyi.

Deş qeyd edir ki, Xeops ehramı, Kefren piramidası və Qızıl Piramida ana istiqamətlərindən saat istiqamətinin tərsi istiqamətinə çevirilib. O, iddiasını sübut etmək üçün payız gecə-gündüz bərabərliyi zamanı taxtadan hazırlanan platformadan istifadə edib və kölgənin ucu düz bir formada şərq-qərb yönündə irəliləyib.Deşin iddiası "The Journal of Ancient Egyptian Architecture" jurnalında yayımlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.