Şimpanzelər və oranqutanlar keçmişi xatırlaya bilirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni elmi tədqiqat işi göstərib ki, şimpanzelər və oranqutanlar sensor yaddaşların köməyi ilə uzaq keçmişi xatırlaya bilirmişlər. Hər iki növdən olan meymunlar cəmi dörd dəfə istifadə etdikləri faydalı alətlər gizlədildikdən sonra onları tapa biliblər. Onlar həmçinin əhəmiyyətli bir hadisəni iki həftə sonra yada salmağı bacarıblar. "Current Biology" məcmuəsində dərc etdiyi məqalədə tədqiqat qrupu yazır ki, keçmişi xatırlamaq yalnız insanlara xas cəhət deyil.
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, eksperiment zamanı şimpanze və oranqutanlara müxtəlif otaqlarda iki qutu göstərilib. Qutulardan birində faydalı alətlər olub, digərində isə lazımsız şeylər. Mükafat almaq üçün, meymunlar içində alətlər olan qutunu tapmalı idilər. Üç il sonra, onların gizlədilməsindən xəbərsiz olan meymunlar lazımı alətləri tapıblar.
Ani xatırlama
Bu artıq isbat olunmuş faktdır ki, müəyyən sensor və ya hissiyyat işarələri, məsələn mahnılar və ya qoxular insanlarda keçmişin xatırlanmasına təkan verir. Danimarkadakı Aarhus Universitetindən Gema Martin-Ordasın rəhbərlik etdiyi alimlər komandası da eyni prinsipdən istifadə edib. Onlar aşkara çıxarıblar ki, sensor işarələr meymunların xatirələrini canlandırır. Bu təcrübə zamanı meymunlar sensor işarələrin köməyi ilə üç il əvvəl gördükləri alətləri tapa biliblər.
"Bizim tapıntılarımız heyvanların guya bir zaman içində ilişib qaldıqlarına dair oturuşmuş inancı şübhə altına alır, - deyir doktor Martin-Ordas. -Bizim təcrübələrimiz göstərir ki, şimpanzelər və oranqutanlar nəinki iki həftə, üç il əvvəl baş vermiş hadisələri xatırlaya bilir, onlar bunu hətta xatırlamaq lazım gələcəyini gözləməyəndə də edə bilirlər". Alim deyir ki, beləliklə, epizodik yaddaş sisteminin təkcə insana yox, həm də primatlara xas olduğu ortaya çıxır. O bildirir ki, indi yaddaşın insanın təşəkkülündən əvvəl mövcud olduğu barədə nəticəyə gəlmək olar.
Şüurlu təkrar
Yeni Zelandiyadakı Oklend Universitetindən bu təcrübədə iştirak etməmiş Michael Corballis-in fikrincə, bu tədqiqat şimpanze və oranqutanların da insanda olduğu kimi epizodik yaddaşa malik olduqlarını göstərir. Lakin o deyir ki, burada bir fərq var: İnsanlar nəyin, harada və nə vaxt baş verdiyini xatırlayırlarsa, meymunlarda "nə vaxt" yaddaşı olmur. "Zənnimcə, iri meymunlar və bəlkə hətta siçovullar bizimkinə bənzər epizodik yaddaşa malikdirlər. Ola bilər ki, daha az təfərrüatlı, lakin mahiyyətcə oxşar şəkildə", - deyir doktor. Tədqiqatın müəllifləri deyirlər ki, onların təcrübələri heyvanların keçmiş hadisələri şüurlu yaddaşla xatırlayıb-xatırlamadığını aşkar etməyib. Lakin doktor Corballis deyir ki, bədbin olmağa dəyməz, beləki siçovulların beyinlərindəki hippokampus nahiyəsi üzərində müşahidələr onların hadisələri şüurlu şəkildə təkrar etdiklərini göstərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
XƏBƏR LENTİ
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Paytaxtda məktəbdə 7 şagird qoğaldan ZƏHƏRLƏNDİ - FOTO
-
Aeroport yolunda ağır QƏZA - Ölən var
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
-
Zelenski “sükut rejimi” elan etdi
-
Faciəvi şəkildə ölən qazinin toy görüntüsü: 2 ay əvvəl EVLƏNMİŞDİ - VİDEO
-
Hörmüzdə əməliyyat zamanı İranın məkanına girilməyəcək





