Maraqlı

Göydən başına qoyun düşdü - FOTO

20 Avqust 2018 14:32
0 Şərh     Baxış: 5 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britanyiada başına qoyun düşən məktəbli huşunu itirib və xəstəxanaya aparılıb.

Milli.Az Joe-yə istinadən bildirir ki, insident Şimali İrlandiyanın cənub-şərqindəki Morn dağında baş verib.

Bir dəstə yeniyetmə dağa yürüşə yolanmışdıılar. Onlar qayalar arasındakı dərəyə çatanda yuxarıdan qoyun düşüb. Başına qoyun düşmüş məktəbli huşunu itirib, yıxılıb.

Qrup dərhal hadisə yerinə xilasediciləri çağırıb.

Başından, boynundan, belindən, qarnından və ayaqlarından travmalar almış məktəbli xərəklə yola qədər aparılıb. Orada isə məktəblini təcili yardım maşını hospitala aparıb.

Yerə düşən qoyun ölməyib. O, dərhal duraraq qaçıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.