"Rumi və Seraya hamilə olanda çəkim təqribən 100 kq ili. Toksikoz bədənimi böyütmüş, şar kimi şişirtmişdi. Həmin vaxt düz bir ay çarpayıya məhkum oldum. Səhhətim və bətnimdəki əkizlərin sağlamlığı təhlükədə idi. Ona görə təcili qeysəriyyə əməliyyatına əl atıldı. Əkizlərim belə doğuldu".
Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Beyonse Nouls "Vogue" jurnalına verdiyi müsahibəsində belə deyib.
36 yaşlı Beyonsenin dediyinə görə, doğuşdan sonra Rumi və Sera bir neçə həftə reanimasiya bölməsində qalıblar.
"Qeysəriyyə kəsimindən sonra hiss etdim ki, bədənim dəyişib. Formama qayıtmaq üçün rasiondan əti və ət məhsullarını çıxardım, vegetarian oldum. Daha kök bədənimlə barışmalı oldum. Hələ də kiçik "analıq qarnım" qalıb", - Beyonse söyləyib.
Beyonsenin "Vogue" üçün fotosessiyasını 23 yaşlı Tayler Mitçell çəkib. Bu, "Vogue"un tarixində ilk dəfəlir ki, jurnalın üz qabığının fotosunu qaradərili fotoqraf çəkib.
Beyonse əkizlərini 2017-ci ilin iyun ayında dünyaya gətirib.
Beyons əri, reper və prodüser, əsl ad və soyadı Şon Karter olan Cey Zi ilə 2008-ci ilin aprel ayında Nyu-Yorkda ailə qurub.
Müğənni müsahibəsində daha sonra deyib: "Hesab edirəm ki, insanlar təbii görkəminə dəyər verirlər. Ona görə bu fotosessiyada pariklərdən imtina etdim, makiyajı minimuma endirdim. Ümumiyyətlə, həyat səyahətdir. Mən isə cəhənnəmdən keçdim. Bədənimdəki hər çapığa görə Tanrıya minnətdaram. Həyatımda xəyanətlər, yalanlar, pərişanlıqlar çox olub. Hər dəfə özümü alçalmış hesab edirdim. Lakin hər dəfə problemləri həll etdim, böyüməyi, irəli getməyi öyrəndim. 20 yaşımda özümü xatırlaynada görürəm ki, özümə daha çox güvənirəm. Özümü daha gözəl, seksual, maraqlı, güclü hiss edirəm. Ərimə çox minnətdaram".
Milli.Az