Maraqlı

Bu populyar məhsul insult və ağıl zəifliyinin riskini artırır

10 İyul 2018 22:25
1 Şərh     Baxış: 2 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı kardioloqlar insan sağlamlığı üçün ən zərərli məhsul təyin ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Amerika ürək assosiasiyasının alimlərinin fikrinə görə, şəkərsiz diyetik qazlı sular insan üçün ən ziyanlı məhsuldur və onları istehsalatdan tam çıxartmaq lazımdır.

Kardioloqların hesabatlarında qeyd olunub ki, belə qazlı içkilərin hətta 1 bankasını hər gün içən insanda insult riski 3 dəfə, ağıl zəifliyi riski isə 2,9 dəfə artır.

Alimlərin fikrinə görə, bunun səbəbi diyetik suların tərkibində olan aspartam və s. kimi süni maddələrdir. Məsələn, aspartam orqanizmdə parçalanaraq metanol kimi çox ziyanlı toksiki maddə əmələ gətirir.

Aspartam beyində toplana bilir və bu da neyronların anomal aktivliyinə səbəb olur.

Bundan əlavə diyetik qazlı suların tərkibində olan zərərli maddələr qaraciyərə də toksiki təsir edir, orqanizmdə iltihab yaradır, toxumalara dağıdıcı təsir edir, vaxtından tez qocalmaya səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.