Maraqlı

Kriptovalyuta birjasına kiberhücum - 31 MILYON $ OĞURLANDI

21 İyun 2018 08:31
0 Şərh     Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın kriptovalyuta birjası "Bithumb" haker hücumuna məruz qalıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, nəticədə 30 milyon dollardan çox dəyəri olan kriptovalyutalar oğurlanıb.

"Bithumb"ın internet saytında bildirilib ki, iyunun 19-da və 20-nə keçən gecə 35 milyard von (31 milyon dollar) dəyərində kritpvalyuta oğurlanıb. Bunların hansı kriptovalyuta növü olduğu açıqlanmayıb.

"Bithumb" platforması təhlükəsizlik təmin olunana qədər əməliyyatların dayandırıldığını elan edib. Birja oğurlanan məbləğin kompensasiya ediləcəyini diqqətə çatdırıb.

Dünya üzrə 7-ci böyük kriptovalyuta birjasında baş vermiş oğurluq barədə xəbərin yayılmasından sonra kriptovalyutalar ucuzlaşıb. Bazar dəyəri ən yüksək olan "Bitcoin" 2% ucuzlaşaraq 6,588 dollara düşüb. "Ripple", "Ethereum" və "Litecoin" da dəyər itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.