Maraqlı

Balın yeni faydası aşkar olunub

22 May 2018 21:25
1 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sehrli məhsul olan bal öz faydalı xüsusiyyətləri ilə alimləri daim heyrətləndirir.

Son elmi araşdırma balın yeni bilinməyən faydasını aşkar edib.

Vaşınqton Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, bal infarktın riskini 30% azaldır. Bunun səbəbi balın tərkibində olan "treqaloza" adlı maddədir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, treqalozanın təsirindən damarlarda yığılan xolesterinin miqdarı azalır və bununla da damarın funksiyası yaxşılaşır.   

Damarlarda yığılan xolesterin damarların daralmasına, onların divarlarının zəiflənməsinə, damarlarda trombların əmələ gəlməsinə, yırtılması riskinin artmasına səbəb olur. Bunun nəticəsində isə infarkt, insult və s. ciddi sağlamlıq problemlərinin riski kəskin artır.

Alimlər balı daim qidalanmaya daxil etməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.