Maraqlı

Nvidia şəkildəki detalları tanıayacaq - VİDEO

26 Aprel 2018 08:21
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nvidia" şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini avtomatik bərpa edir və ya onun çatışmayan hissələrini tamamlayır. Neyron şəbəkəsinə əsaslanan alqoritm şəklin kontekstini başa düşür və özü onu dəyişdirir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "YouTube" videohostinqində dərc edilmiş təqdimat çarxına əsasən, "Nvidia" şirkətinin neyron şəbəkəsi alqoritmi şəkillərdən əlavə obyektləri silmək, portretlərdə sifəti retuşlamaq üçün tətbiq edilə bilər: proqram heç bir iz saxlamadan sürətlə hər iki məsələnin öhdəsindən gəlir.

"Instagram" istifadəçilərə öz foto və videolarını yükləməyə imkan verib
"Instagram" servisinin komandası "Facebook" sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" ("Download Your Information") funksiyasının analoqunu təqdim edib. Bu alət "Instagram"a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" resursuna istinadən yazır ki, "Instagram"ın nümayəndəsi "TechCrunch" resursunun jurnalistlərinə müsahibəsində deyib ki, hazırda "Data Download" funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nvidia şəkildəki detalları tanıayacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.