Maraqlı

İsa sağdır, qəlbinizin səsinə qulaq asın - Papa dünyaya səsləndi - VİDEO - FOTO

2 Aprel 2018 13:54
5 Şərh     Baxış: 2 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İsa Məsih sağdır! Qəlbinizin səsinə qulaq asın, ürəyinizi dinləyin! İsanın kəlamları ümid və ləyaqət verir. Aclıq, səfalət, kasıblıq, yoxsulluq, işsizlik və səfalətin olduğu, miqrantlarla qaçqınların əzab çəkdiyi, çağdaş mədəniyyətin bu insanları qəbul etmədiyi, narkotik maddələr satıcıları, insan alverçiləri, quldarlığın müasir formalarını yaşadanların özlərini rahat hiss etdikləri dünyada qəlblərimiz daşa çevrilməməlidir".

Dünya katoliklərinin lideri, Roma Papası 1-ci  Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr kilsəsində ənənəvi Pasxa ibadətində belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, pontifik Müqəddəs Pyotr meydanına yığılmış yüz minlərlə katolikin qarşısında "Urbi et Orbi" ("Şəhərə və dünyaya") xütbəsi ilə çıxış edib.

Bundan əvvəlsə o, bir neçə insanın vəftiz mərasiminə keçirib. Onların arasında silahlı qulduru, zərərsizləşdirmiş nigeriyalı evsiz-eşiksiz miqrant da vardı.

2013-cü ildə Roma Papası seçiləndən sonra 1-ci Fransisk artıq 6-cı Pasxanı qeyd edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İsa sağdır, qəlbinizin səsinə qulaq asın - Papa dünyaya səsləndi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.