Maraqlı

Yazın danılmaz trendi: Zolaqlı pijamalar - FOTO

15 Mart 2018 03:30
0 Şərh     Baxış: 1 015

Üfüqi və şaquli zolaqlı paltarlar bu yaz populyarlığının zirvəsini yaşayacaq.

Milli.Az xəbər verir ki, "Louis Vuitton", "Escada", "Max Mara", "3.1 Phillip Lim", "Sonia Rykiel", "Jason Wu", "Fendi" kimi moda evləri yaz-yay kolleksiyalarında zolaq naxışlarına geniş yer verib. Demokratik brendlərin mövsümi kolleksiyalarında da zolaqlı geyimlər o qədər təqdim olunub ki, belə müxtəliflik yalnız bir sual doğurur: Onu necə və nə ilə kombinləməli?

Yubka və bluzlar

Paralel xətli paltarlar bu yaz ən zərif geyim kateqoriyasına daxil olub. Odur ki, mövsüm alış verişində üstünlüyü romantik bluzlar və paralel cizgili midi yubkalara verin. İkisini birlikdə kombin edin və rəfiqələriniz arasında əsas modapərəst adına siz layiq görülün.

Kənarı zolaqlı şalvarlar

Hərbiçi uniforması kimi yan hissələrində kontrast zolaqlı şalvarlar son dövrlərin trendlərindən biridir. Onların incə köynəklərlə uyğunlaşdırın. Ayaqqabıda hər hansı məhdudiyyət yoxdur, onlar həm idman, həm də hündür daban ayaqqabılarla uzlaşır.

Zolaqlı pijama

Belə görünür ki, pijama trendi öz mövqelərini əldən vermək istəmir. Yataq üzlərini yada salan zolaqlı kostyumlar yaz qarderobunun danılmaz və mütləq trenidir. Əgər siz yaxın vaxtlarda məzuniyyətə getməyə hazırlaşırsınızsa, onda çamadana özünüzlə rahat zolaqlı kostyumlar götürün. Zolaqlı pijama kostyumları işgüzar ofis stili üçün çox əlverişlidir. Bu səbəbdən də onları rədd etməyin. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.