Maraqlı

Yumurtanın içindən çıxan görənləri ŞOKA SALDI - FOTO

10 Mart 2018 14:00
6 Şərh     Baxış: 9 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyada Skott Stokman adlı bir kəndçi marketdən aldığı yumurtanı görüncə məəttəl qalıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 176 qram ağırlığında olan yumurtanın diametri normal ölçüdən 3 dəfə böyük olub.

Ancaq əsl təəccüb yumurtanın içindən çıxanları görərkən yaranıb.

Yumurtanın sahibi onu qırdığı zaman içindən normal böyüklükdə daha bir yumurta çıxıb. 

İnsanlar bu mənzərə qarşısında dəhşətə gəliblər və bunun necə baş verə biləcəyi ilə bağlı müəyyən araşdırma aparıblar.

Nadir hallarda rast gəlinən yumurta anomaliyası adlandırılan bu hal toyuğun cinsi kanala birdən çox yumurta sarısı buraxmasından sonra meydana gəlir.

Bu kanalda qalan və qabıqlaşmağa başlayan yumurtanın üzərinə ertəsi gün yeni yumurtanın gəlməsi ilə yaranır.

Məhəmməd Vaqif

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.