Maraqlı

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

24 Fevral 2018 23:13
0 Şərh     Baxış: 2 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün 1-ci sinfə qəbul başlayıb. Martın 12-də bu prosesə Abşeron, Gəncə və Sumqayıtda start veriləcək. Qəbul həm elektron, həm də alternativ qeydiyyat mərkəzləri yolu ilə aparılır.

BBC Azərbaycanca şagirdlərin qəbulu ilə bağlı ən son məlumatları 5 suala cavabda təqdim edir:

1. Kimlər birinci sinfə qəbul ediləcək?

Bu il birinci sinfə 2018-ci il 15 sentyabradək 6 yaşı tamam olan və ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir. Daha ətraflı məlumat bu linkdəhttps://mektebeqebul.edu.az/az/

I sinfə eləcə də xüsusi istedadlı uşaqların vaxtından əvvəl qəbulu üzrə müsahibədən uğurla keçmiş 16 sentyabr 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək olan dövrdə anadan olan uşaqlar qəbul edilir.

Lisey və gimnaziyalara qəbul müsabiqə əsasında həyata keçirilir və 1 yanvar 2010 - 31 dekabr 2012-ci il müddətində anadan olmuş uşaqlar müsabiqəyə qatıla bilər.

2. Elektron qeydiyyat necə aparılacaq?

Elektron qeydiyyat, barədə məlumat Azərbaycan Təhsil Nazirliyinin saytında yerləşdirilib. Burada valideynlər və ya qanuni nümayəndələr məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Elektron ərizə qeydiyyatı sisteminə hələlik daxil edilməyən digər rayon və şəhərlərdə 2018/2019-cu dərs ili üçün 1-ci sinfə şagird qəbulu köhnə qaydalarla aparılacaq.

Nazirlik YouTube saytında elektron qeydiyyat üçün videotəlimat yerləşdirib.

3. Elektron qeydiyyatdan keçə bilməsən nə etməli?

Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhəri üzrə 52, Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Daha ətraflıhttp://baku.edu.gov.az/az/page/245

4. Lisey və gimnaziyalara qəbul

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli "Zəkalar" liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2018-2019-cu dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır.

Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.

5. Məktəbə qəbul üçün hansı sənədlər lazımdır?

Qeydiyyatdan keçdikdən sonra məktəblərdə uşaqların əlavə müsahibəsi olmayacaq . Ötən il Bakı Şəhər Təhsil İdarəsi (BTŞİ) bildirib ki, buna görə də valideynlərin övladlarını özləri ilə məktəbə aparmasına ehtiyac yoxdur.

Qeydiyyatdan keçəndən sonra aşağıdakı sənədlər məktəbə təqdim edilməlidir. Məktəb valideynə qəbz verməlidir.

Qəbzin verilməsi uşağın birinci sinfə qəbul edilməsi deməkdir.

  • Məktəbə qəbul üçün elektron formada doldurulan sənəd
  • Valideynin və övladının şəxsiyyətini təsdiq edən sənədin əsli
  • Məktəbəhazırlıq qrupunda təhsilə dair arayış
  • Sağlamlıq haqqında arayış

BTŞİ öz Facebook səhifəsində suallara cavab verəcəyini bildirir.

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında ən son məlumatlar:http://edu.gov.az/az/page/522/14670

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.