Maraqlı

Qız internetdə tanış olduğu oğlanın görüşünə lüt getdi - VİDEO - FOTO

24 Fevral 2018 10:37
6 Şərh     Baxış: 9 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlk görüşdə nə geyinəcəyinə qərar vermək olduqca çətindir. Bəzi xanımlar bunun üçün saatlarla vaxt sərf edirlər, rəfiqələri ilə məsləhətləşirlər.

Lakin Joy adlı xanımın ilk görüşə nə geyinəcəyi maraqlandırmır. Çünki o, Tinder sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu oğlanın görüşünə lüt gedib.

Joy amerikalı rəssam Jen Seidel ilə razılaşıb. Jen Seidel Joyun çılpaq bədənini əynində paltar varmış kimi boyayıb.

"Cəsarətli" Joy bu halda küçəyə çıxıb, alış-veriş mərkəzində oğlanla ilk görüşünə gedib. 

3 uşaq anası olan Joy görüşə getməzdən əvvəl söyləyib:

"Bu, mənim ilk görüşüm olmasa da, çılpaq halda ilk görüşümdür. Çox həyəcanlıyam. Görüşəcəyim oğlan komediya aktyorudur. Səbrsizliklə görüşü gözləyirəm. Özümə güvənirəm".

Onlar alış-veriş mərkəzinin restoranında əyləşib, kofe içiblər. Oğlan bir anlıq Joya çılpaq göründüyünü söyləsə də, sonra fikrindən daşınıb.

Görüşün sonunda oğlan qızın çılpaq olduğunu öyrənib.

Milli.Az maraqlı görüntüləri təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.