Maraqlı

Həzimsizliyə qarşı təsir edən bitki çayları

20 Fevral 2018 23:15
0 Şərh     Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Razyana çayı:

Mədə problemlərinə qarşı ən təsirli üsullardan biri, razyana çayıdır. Razyana mədəyə yaxşı təsir edir. Mədə pozulmasını aradan qaldırmaq üçün gündə 2 və ya 3 stəkan razyana çayı içə bilərsiniz.

Çobanyastığı çayı:

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çobanyastığı çayının təsiri sayəsində, bağırsaqlar da nizamlanacaq. Mədə pozulması probleminə qarşı gündə 3 stəkan çobanyastığı çayı içə bilərsiniz.

Zəncəfil çayı:

Zəncəfil bir çox məsələdə olduğu kimi, mədə xəstəliklərində də ən təsirli yollardan biridir. Zəncəfilli çay istehlak etdiyiniz təqdirdə, mədə funksiyalarını tənzimləyəcək və mədə narahatlıqlarını aradan qaldıracaq. Gündə 2 stəkan istehlak edə bilərsiniz.

Su:

Ən təbii mineralların arasında olan saf su, mədəyə yaxşı təsir edəcək elementlər ehtiva edir. Mütəxəssislər, nə olursa olsun, gündə ən az 1 lt suyun içilməsini zəruri hesab edir. Gün ərzində alına bilən heç bir maye suyun yerini tuta bilməz, unutmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.