Maraqlı

Rus idmançı milyonların sevimlisinə çevrildi - VİDEO - FOTO

13 Fevral 2018 12:03
0 Şərh     Baxış: 4 437

Rusiyanın Cənubi Koreyanın Phöçnhan şəhərində keçirilən 23-cı Qış Olimpiya Oyunlarına yolladığı yığma komandanın üzvü, körlinqçi Anastasiya Brızqalova sosial şəbəkələrin və Qərb mediasının ulduzuna çevrilib.

Milli.Az The Sun-a istinadən bildirir ki, milyonlarla insan körlinq yarışlarına yalnız Anatasiyaya görə baxıblar.

25 yaşlı rusiyalı idmançının gözəlliyi sosial şəbəkə istifadəçilərinin qəlblərini fəth edib.

"Körlinqdən heç nə anlamıram, amma Anastasiya Brızqalova məni bu idman növünün fanatına çevirdi", - Twitter istifadəçilərindən biri yazıb.

Anastasiya Brızqalova əri Aleksandr Kruşelnitski ilə birlikdə körlinqin"dabl-mist" növündə bürünc medal qazanıb.

Sank-Peterburqdan olan cütlük isveçrəlilərlə mübarizədə səhvə yol verdiyi üçün qızıl medal uğrunda mübarizə apara bilməyib.

"Bizi gözəl sanmaları xoşdur, amma gözəlliyə görə medal vermirlər. Təcrübəli deyilik, cəmi iki il yarımdır ki, turnirlərdə çıxış edirik. Olimpiya çempionlarından ibarət kanadalı duetin təcrübəsi yaşımız qədərdir", - Anastasiya deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rus idmançı milyonların sevimlisinə çevrildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.