Maraqlı

Yaşın nə fərqi var ki... - FOTO

12 Fevral 2018 22:20
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən yaşı 60-dan çox olsa da, geyim üslubları ilə gənclərə meydan oxuya biləcək insanları təqdim edir:

Mun Lin - 88 yaşlı qadın nəvəsinin köməyi ilə açdığı İnstaqram səhifəsi vasitəsilə internet fenomeninə çevrilib. Özünəməxsus geyim tərzi olan Mun moda dünyasına yeni bir nəfəs gətirib. Li hamıdan fərqlənməyi və müasir geyinməyi çox sevdiyini bildirib.

Lin Slater - Fordham universitetində işləyən 63 yaşlı qadın həyat eşqi və dəbli görkəmi ilə hər kəsi özünə heyran qoyur. Nyu-York moda həftəsi çərçivəsində jurnalistlərin səhvən onu "dəb ikonu" hesab etmələri nəticəsində Lin dünya ulduzuna çevrilib. Nümayişə izləyici kimi qatılan professoru keçmiş model hesab ediblər. Bu hadisədən bir müddət sonra Slater İnstaqramda "Accidental icon" adlı səhifə açır və şəkillərini orada yerləşdirir. Belə ki, artıq onun "Mango", "Uniglo" kimi məşhur brendlərlə əməkdaşlıq edir.

Lens Uelş - 57 yaşlı Lens London bazarında meyvə tərəvəz satmaqla məşğuldur. O da təsadüfən məşhurlaşıb. Belə ki, alıcıların diqqətini rəngarəng geyimləri ilə çəkən satıcı bir gün müştərilərdən birinin fotokamerasına tuş gəlir. "Dəbli satıcı" adı altında foto sosial şəbəkədə yayıldıqdan sonra Lens şöhrətlənir və özünə İnstaqram səhifəsi açaraq hər dəfə yeni fotolarını orada yerləşdirir.

Debra Rapopor - 71 yaşlı qadını küçədə görəndə dönüb baxmamaq mümkün deyil. Müxtəlif təzdə papaqlar tikən və onlardan istifadə edən Debra özünəməxsus görünüşü ilə fərqlənməyi bacarır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.