Maraqlı

İradə azadlığı illüziyadır?

1 Yanvar 2018 15:10
1 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlərin apardığı eksperimentlər insanlarda iradə azadlığı mövcudluğunu şübhə altına alıb. Alimlər təcrübədə iştirak edənlərin beyin vəziyyətini müşahidə edərək, onların "təsadüfi olaraq" verəcəkləri qərarları əvvəldən dəqiqliklə proqnoz etməyə nail olublar.

Neyrofizioloq Bencamin Libetin məşhur təcrübəsində könüllü iştirakçılara öz istəklərindən asılı olaraq bu və digər siqnallara reaksiya vermələri təklif edilmişdi. İştirakçıların başına taxılmış elektrodlar isə hər hansı bir qərar qəbul olunduqda beyin aktivliyini qeydə alırdı.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, Kaliforniya Universitetindən olan alimlər bu təcrübəni böyütmək qərarına gəliblər. Belə ki, bu dəfə könüllülərdən boş ekrana baxmaları və hər hansı bir görüntü peyda olduqda baxışlarını sağa-sola dəyişərək, dərhal reaksiya vermələri istənilib.

Tədqiqatçılar iştirakçılara düşünmək üçün bir dəqiqə belə vermədən, elə qərar verildiyi andaca beyin aktivliyini araşdırmaq istəyirdilər. Nəticələrə əsasən, iştirakçının reaksiyasını onun beyin davranışı ilə hələ siqnal verildikdən əvvəl proqnozlaşdırmaq mümkündür.

"Hər hansı bir görüntü peyda olduqdan əvvəl beynin vəziyyəti iştirakçının sağa yoxsa sola baxacağını tam müəyyənləşdirir. Bu da o deməkdir ki, ilk baxışdan təsadüfi görünən qərarlar beynin hazırki aktivliyindən asılıdır", - Cessi Benqson qeyd edir.
Bu beyin aktivliyini "fon gurultusu" kimi xarakterizə etmək olar. Lakin, faktiki olaraq insan düşünmədən, təsadüfi olaraq seçim etdikdə, məhz bu "gurultu" onun qərarına cavabdeh olacaq. Alimlər "beyin gurultusunun" xarakteristikalarını bildikləri üçün iştirakçının təcrübədə hansı seçimi edəcəyini əvvəldən dəqiqliklə proqnozlaşdırırdılar.

Əgər qərar və ya seçimlərimiz beynimizdə məlum informasiyalar çərçivəsində müəyyənləşdirilirsə, elə isə əsrlərdir teoloq və filosofların üzərində baş sındırdığı iradə azadlığı nədir? Və ya iradə azadlığı mövcuddurmu, yoxsa insanın uydurduğu anlayışlardan biridir? Alimlər hələlik iradə azadlığı mövzusunda fizioloji proseslərə əsaslanmağın lazım olduğunu bildirirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.