Maraqlı

“Apple” dünyanın ən güclü kompüterini satışa çıxardı

16 Dekabr 2017 08:25
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İT nəhəngi "Apple" korporasiyasının ən güclü kompüteri olan "iMac Pro" dekabrın 14-də satışa çıxarılacaq. 

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər bildirirlər ki, bu cihaz avtomobil qiymətindədir, ancaq şirkətin tarixində ən cəld "Mac" kompüteri olacaq. 

Gözlənilən cihazın rəsmi anonsu 2017-ci ilin yayında WWC sərgisinin gedişatı zaman baş tutub. Təqdim olunan məlumata əsasən, "iMac Pro" əsl monoblokdur və ən son texnologiyalarla təchiz edilib. 

"Apple" nümayəndələri bildirir ki, bu gün bu kompüter yaradılan bütün kompüterlərin arasında ən cəld və ən güclüsüdür. Cihaz ancaq və ancaq qara rəngdə istehsal olunacaq. Bu isə modelin statusunun önəmliliyini vurğulamaq üçün edilib. Kompüterin komplektinə qara rəngli "Magic Keyboard" müasir klaviaturası da daxildir. 

Kompüterin satışlarına rəsmi onlayn mağazalarında və xüsusi salonlarda başlanılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.