Maraqlı

Xərçəngin bütün növlərindən qoruyur - ÖLÜMSÜZLÜK MEYVƏSİ

2 Dekabr 2017 23:35
2 Şərh     Baxış: 9 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan sağlamlığı baxımından önəmli bir yer tutan innab qədim dövrlərdən etibarən alternativ tibb vasitəsi kimi istifadə edilib.
Milli.Az lent.az-a istinadən bildirir ki, Çində innab meyvəsini "ölümsüzlük meyvəsi" və "tanrı hədiyyəsi" adıyla tanıyırlar. İnnab həcmcə kiçik meyvə olsa da, tərkibində bol miqdarda vitamin və minerallar var.
Tərkibi A və C vitamini ilə zəngindir. Eyni zamanda kalsium, maqnezium, fosfor və xüsusilə potasium baxımından da inanılmaz dərəcədə zəngindir.
Bütün xərçəng növlərindən qoruyur
İnnabın tərkibində olan bol antioksidant və C vitamini səbəbi ilə xərçəng xəstəliklərində qoruyucu təsiri var.
Sürətli şəkildə arıqlamağa kömək edir
İnnab ən aşağı kalori miqdarına sahib olan meyvələr arasında yer alır. Bu meyvəni yeyərək, həm uzun zaman tox qala bilər, həm də arıqlayarkən itirilən enerjini geri qazanmağı təmin edir.
Həzmi asanlaşdırır
İnnab həzmi asanlaşdıraraq qəbizliyi aradan götürür
Xərçəng və qaraciyər xəstəliklərindən qoruyur
Güclü antioksidant özəlliyi səbəbilə bu kiçik meyvə qaraciyər problemlərindən müxtəlif xərçəng növlərinə qədər bir çox xəstəliyin sağalma müddətində müsbət təsirlər yaradır.
İmmuniteti gücləndirir
Gündə bir ovuc yeyilən innab xüsusilə qışın müxtəlif infeksion xəstəliklərindən qorunmağa və immuniteti sürətli şəkildə gücləndirməyə kömək edir.
Sümük və diş sağlamlığı
Tərkibində bol miqdarda fosfor olması ilə bağlı innab meyvəsinin sümük və diş sağlamlığına faydalı olduğu bilinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.