Maraqlı

Gözünün rəngini dəyişmək istədi - Bəlaya düçar oldu - FOTO

24 Noyabr 2017 01:30
5 Şərh     Baxış: 2 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gözünün rəngini dəyişmək istəyən qız kor olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Milli.Az xəbər verir ki, Kanadanın Ottava əyalətində yaşayan 24 yaşlı Keyt Qallinger gözünün rəngini dəyişdirməyə qərar verərək həkimə müraciət edib. Qızın istəyi həkimləri çaşdırıb.
24 yaşlı Keyt gözünün ağ hissəsini bənövşəyi rəng etmək istədiyi deyib. Əməliyyat zamanı qızın gözünə yeridilən maye buynuz qişaya keçərək iltihab proses yaradıb.
Modifikasiya prosesi uğursuz keçdiyindən qızın gözünə yığılan bənövşəyi maddə dayanmadan axır. Göz yaşı belə bənövşəyi rəng olan qız xəstəxanada saxlanılıb.
Artıq onun sol gözü şişib və bütünlükdə yumulub. Antibiotik dərmanlara allergiyası olan qız göz damcısına reaksiya verib.
Mütəxəssislər Q.Keytin bir gözünü tamamilə itirəcəyini bildiriblər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.