Maraqlı

İŞİD-in "Ağ dul"u vuruldu - FOTO

12 Oktyabr 2017 11:13
3 Şərh     Baxış: 2 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Rəqqa şəhərinin yaxınlığında "Ağ Dul" ləqəbli britaniyalı Salli Cons həlak olub. "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının faktiki paytaxtı olan bu şəhərdə yaşayan 50 yaşlı S.Cons terror təşkilatının Avropa ölkələrində yeni üzvləri sıralarına cəlb etməsinə cavabdeh olan Cüneyd Hüseynin arvadı idi.

Milli.Az The Times-a istinadən bildirir ki, S.Cons və onun 12 yaşlı oğlu Coco Rəqqadan qaçmağa çalışanda ABŞ-ın "Predator" tipli pilotsuz uçan aparatından (PUA) buraxılmış raketlə vurulublar.

Rəsmi London "Ağ dul"un ölümünü təsdiqləyib.

Salli Cons sabiq musiqiçidir və İŞİD-ə qoşulmazdan əvvəl Londonda "L'Oreal" şirkətində çalışırdı.

İngiltərənin Kent qraflığındakı Çetem şəhərindən olan "Ağ dul", habelə "Umm Hüseyn Britaniya" kimi tanınan Salli Cons 2013-cü ildə Cüneyd Hüseynə qoşularaq Suriyaya yollanmış, İŞİD-ə qoşulmuşdu.

C.Hüseyn Avropada ən azı 12 terror aktının hazırlanmasında iştirak edib. 2015-ci ildə o, qətlə yetiriləndən sonra S.Cons ərinin qisasını alacağını bildirib, ilk britaniyalı "canlı bomba" olub.

"Ağ dul" Qərbdə bir sıra teraktları reallaşdırmağı planlaşdıran qrupa rəhbərlik etdiyini də demişdi.

S.Consun 12 yaşlı oğlu Coco İŞİD-in Rəqqada gerçəkləşdirdiyi bir neçə edamda iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.