Maraqlı

22 sentyabr - Beynəlxalq Kərgədanlar Günüdür

22 Sentyabr 2017 20:18
4 Şərh     Baxış: 1 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 sentyabr - Beynəlxalq Kərgədanlar Günüdür. Həmin təqvim kərgədanların 5 növünün - ağ, qara, Hindistan, Yava və Sumatra kərgədanının qorunması məqsədilə təsis edilib. Qanunsuz yayılmış brakonyerlik nəticəsində həmin növlərdən üçünün nəsli kritik dərəcədə təhlükədədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dünya Kərgədanlar Günü 2010-cu ildə Vəhşi Təbiəti Müdafiə Fondunun Cənubi Afrika ofisi tərəfindən təqvimə daxil edilib. Bu gün Afrika kərgədan tiplərinin, ağ kərgədanın, qara kərgədanın qorunmasına həsr edilib. Lakin növbəti ildən etibarən həmin təqvim beynəlxalq səviyyədə Afrika və Asiya kərgədanlarının mühafizəsi günü kimi qeyd olunmağa başlanılıb.

Baxmayaraq ki, kərgədanlara Afrika və Cənubi Asiyada rast gəlmək mümkündür, hazırda Dünya Kərgədanlar Günü dünyanın bir çox ölkəsində qeyd olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.