Maraqlı

"Atam öləndə heç bu qədər üzülmədim" - Arvadına xəyanət edən aparıcı - FOTO

9 Avqust 2017 15:25
4 Şərh     Baxış: 4 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

49 yaşlı aparıcı Murat Başoğlunun xəyanət xəbəri qısa zamanda Türkiyənin maqazin gündəmini zəbt edib. Gəmidə aparıcı ilə birgə görüntülənən qadının idman zalında fitness müəllimi olan ailəli qardaşı qızı Bürc Başoğlu Kabadayı (35) olduğu iddia edilir. Başoğlu gəmidəki qadınla bağlı səssizliyini pozub.

Murat Başoğlu Bürc Başoğlu Kabadayı olmadığını, sarışın qadının adının Olqa olduğunu söyləyib.

Milli.Az xəbər verir ki, Murat Başoğlu Habertürk-ə verdiyi müsahibədə səhv etdiyini söyləyərək "Mən bir səhv etdim, səhvimin cəzasın çəkirəm. Əvəzini də ödəyəcəyəm. Nə qədər üzr diləsəm də əfvi yoxdur. Anlıq bir şey idi, ola bilər. Hər kişinin başına gələ bilər. Bu xəbərdən xərçəng oldum. Elə kədərlənirəm ki" deyib.

Məşhur aparıcı "Qız 2 günlüyünə Bodruma gəldi, dünən də getdi. Adı Olqaydı, soyadını heç bilmirəm. "Sənin gəmin də varmış, gəl çıxaq" dedi, getdik. Amma inanın yaşadığım kədəri təsvir edə bilmərəm. Peşmanım. Atam öləndə heç bu qədər üzülmədim. Yarım saatlıq bir axmaqlıq, sevgilim olsa, arxasında dayanaram. Plansız axmaq bir şey idi. Etdiyim bir eşşəklik, cəzasını çəkəcəyəm. Yazılı olaraq açıqlama da verəcəm. Həyat yoldaşım hər halda məndən boşanacaq" ifadələri ilə etdiyi xəyanətdən nə qədər peşmançılıq hissi duyduğunu çatdırıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.