Maraqlı

Dünyanın ən kiçik və ən gözəl quşları - FOTOSESSİYA

2 Avqust 2017 22:58
1 Şərh     Baxış: 11 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolibri dünyada ən kiçik və geriyə uça bilən yeganə quşdur. Daha çox Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar. 330-dan çox növü məlumdur. Ən böyük növünün uzunluğu cəmi 22 sm-dir. Ən kiçik kolibrinin uzunluğu isə 6 sm, çəkisi 2 qramdır. Növünə bağlı olaraq saniyədə 15-80 dəfə qanad çala bilirlər.

Kolibri uzun dimdiyə malikdir. Dimdiyi vasitəsilə çiçəklərdən şirə çəkərək qidalanır.

Bu möcüzəvi quş yuvasını otlardan hörür. Yuvası qoz böyüklüyündə, yumurtaları isə  noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.
 
Quşlar aləminin ən parıltılı tükləri və ən dəbdəbəli bəzəklərinin bəziləri kolibri quşlarında görülür. Onların lələkləri o qədər gözəldir ki, qiymətli daşa bənzəyir. Günəş işığında lələkləri parıldayır və rəngini dəyişir. 

Milli.Az ailem.az-a istinadən kolibri quşunun bir neçə növünün fotolarını təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.