Gel - şellak tipli dırnaq boyalarının qorxunc zərərləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.
Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır.
Milli.Az dırnaqları gel boyaların mənfi təsirindən qorumağın yollarını təqdim edir.
Gel, öz-özünə quruya bilən boya deyil. Onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir.
Dermatoloqlar düşünür ki, gel-boya və bu tip manikur növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.
Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Onu qurudan ultrabənövşəyi şüalar da, dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir. Əllərində xal olanlar üçün isə ultrabənövşəyi şüalar əsl təhlükədir. Bu zaman şüalar yanmadan tutmuş, dəri xərçənginədək qorxunc xəstəliklərə səbəb ola bilər.
Bu boyalar bir neçə qatdan ibarət olur. Odur ki, dırnaq nəfəs almağa dəlik tapmır və get-gedə öz təravətini və gücünü tam itirir.
Bu boyaları dırnaqdan çıxarmaq üçün xüsusi alət və ya çox güclü tərkibli təmizləyici vasitədən istifadə olur. Alət dırnaqları zədələyir. Folqa ilə dırnaqlara bərkidilən təmizləyici məhlul isə, gel boya və ya şellakı əridib, qoparmaqla qalmır, öz zəhərini dırnağa buraxır.
Bəli, gözəllik qurban tələb edir. Bəs bu qurban sağlamlığımızı məhv etməyə dəyirmi?
Bu tip boyalardan imtina edə bilməyən xanımlar ən azı yağlı balıq əti, vitamin, zülal və ağartı məhsullarını gündəlik rasionlarına daxil etməlidirlər.
Gel boyalara fasilə verən zaman isə dırnaqlarınızı kəsib, hər gün zeytun, şaftalı, yaxud digər yağlarla bəsləyin və ya sadəcə, qidalandırıcı dırnaq boyaları sürtün. (publika.az)
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yaydı
-
Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
-
Elektron satınalmaların dəyəri 9% - dən çox artıb
-
Pis çıxmasın, biədəb nə etmişik ki?
-
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
-
Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs TUTULDU
-
"Mən bu qıza ZÜLM ETDİM"
-
Bunu etsəz 200 manatadək CƏRİMƏLƏNƏCƏKSİNİZ
-
76 yaşlı Kadir İnanırın son halı kədərləndirdi - FOTO
-
ABŞ gəmilərinə təhdid olarsa, cavab qaçılmazdır
-
"102 gün həbs yatdım, bir də qadın paltarı GEYİNMƏYƏCƏYƏM" - VİDEO
-
Baş nazirdən QƏRAR
-
“Real Madrid” daha bir türk ALIR
-
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Asif Nəsirli dəfn edildi - YENİLƏNİB
-
Əməkdar artist üz gərmə əməliyyatından sonra BELƏ OLDU - VİDEO
-
Bitkoinin qiyməti 82.000 min dolları keçib
-
Anasını qətlə yetirən oğul MƏHKƏMƏDƏ
-
"İran ABŞ-ın sülh təklifini nəzərdən keçirir"
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Bu şəxslərin maaşları ARTIMLA GƏLƏCƏK - RƏSMİ
-
“Real”ın ulduzuna 90 milyonluq TƏKLİF





