Maraqlı

İŞİD-in "ölüm maşınları" ələ keçirildi - FOTO

14 İyul 2017 10:35
1 Şərh     Baxış: 2 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölüm maşınları" adlanan bu avtomobillər "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının döyüşlərdə istifadə etdiyi ən effektiv silahlardan biridir.

"Canlı bomba"ların idarə etməsi üçün nəzərdə tutulmuş onlarla avtomobil indi İraqın Mosul şəhərindəki qarajlardan birindədir.

Milli.Az NBC-yə istinadən bildirir ki, "ölüm maşınları"nın tam əksəriyyəti adi, standart off-rouderlərdir. Belə maşınlara dünyanın istənilən ölkəsində, o cümlədən İraqda yollarda rast gəlmək adi, rutin məsələdir.

Fəqət, İŞİD terrorçuları həmin adi maşınların önünə və yanlarına polad lövhələr qaynaq edərək partlayışlar vasitəsinə çeviriblər.

Yaponiyanın Toyota Land Cruiser və Toyota Hilux, habelə Cənubi Koreya istehsalı olan Kia və Hyundai avtomobilləri İŞİD terrorçuları arasında xüsusilə "populyar"dır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.