Maraqlı

ABŞ polisinin daha bir biabırçılığı: qaradərilinin üstünə it qısqırdılar - VİDEO - FOTO

13 İyul 2017 12:28
2 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da polis əməkdaşlarının vətəndaşa qarşı amansız və qəddar davranışı ilə bağlı daha bir qalmaqal yaşanır.

Milli.Az ABC-yə istinadən bildirir ki, olay ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşanıb.

Qanun pozuntusunda şübhəli bildikləri qaradərili vətəndaşı saxlayan üç polis zabiti onu vurub.  Saxlanan şəxs günahsız olduğunu desə də, ona kimsə qulaq asmayıb.

"Buraxın məni! Günahım yoxdur!" deyən şəxs bu sözləri deyəndə polisin xidməti köpəyi atılaraq dişlərini onun sağ qoluna keçirib.

Qaradərilinin qolunu gəmirən köpəyi kimsə günahsız şəxsdən aralamayıb, itə müvafiq komanda verilməyib.

Yaşananları Anhel Nunyes smartfonla çəkərək Facebook-dakı profilində paylaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ polisinin daha bir biabırçılığı: qaradərilinin üstünə it qısqırdılar

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.