Maraqlı

Gürcüstanda partiya hava ilə doldurulan kilsə almaq istəyir

17 İyun 2017 19:23
0 Şərh     Baxış: 1 829

Gürcüstanda orduya çağırışdan yayınmağa kömək etmək üçün dini təşkilat yaradan siyasi partiya təsis etdiyi quruma ciddi yanaşdığını sübuta yetirmək məqsədilə hava ilə doldurulan kilsə almaq niyyətindədir.

Milli.Az BBC-yə istinadən bildirir ki,Girçi (Şam ağacı qozası) partiyasına görə, madəm ki, hökumət İncil Protestant Bibliya Azadlığı Kilsəsini (İPBAK) tanımır, o, üzvlərinə ibadət imkanı yaratmaq üçün kilsə almaq niyyətindədir, İmedi TV kanalı bildirir.

"İnancsız adamlar adətən ənənəvi dinləri müəyyən edən maddələri dəlil kimi istifadə etməyə cəh edirlər", - qrup öz Facebook-unda bildirir.

Ucuz və səyyar kilsənin əldə olunması üzvlərə ibadət keçirmək imkanı verəcək deyən partiya "[uzun] iynələrlə silahlanmış inancsız adamlardan" qorxmadığını əlavə edib.

Hərbi mükəlləfiyyət

İki əvvəl təsis edilmiş Girçi partiyası məcburi hərbi xidmətin əleyhinədir.

O, çağırışdan azad olunan keşişləri təyin etmək üçün aprel ayında kilsə təsis edib.

18-27 yaş arasında olan Gürcüstan vətəndaşları iki il ərzində hərbi xidmət çəkməlidirlər.

Bu yaxınlarda parlamentdə təqdim edilən qanun layihəsi xidmətdən yayınanların cəzalandırılmasını nəzərdə tutur.

Hakimiyyət Girçi partiyasının cəhdlərini dəstəkləmir.

Müdafiə və Təhlükəsizlik üzrə parlament komitəsinin sədri İrakli Sesiaşvili bildirir ki, son bəyanatla partiya həddini aşıb.

Onun sözlərinə görə "məsələnin bu yolla manipulyasiyası müəyyənn dərəcədə təhqiramizdir".

Imedi TV-də isə ilahiyyatçı Lado Sanayadan iqtibas gətirilir.

O deyir ki, bu addım "yalnız Gürcüstan cəmiyyətində yox, bütün ənənəvi mühafizəkar cəmiyyətlərdə dinlə bağlı ənənəvi kilsə ideasına tamamilə ziddir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.