Maraqlı

Xərçəng olan aktrisa vətəninə döndü - FOTO

16 İyun 2017 14:45
1 Şərh     Baxış: 1 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Nyu-York şəhərində xərçəngdən əməliyyat olunan "Yeşilçam" ulduzu Hülya Koçiyit Türkiyəyə qayıdıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Selim Soydanla birlikdə hava limanında görüntülənən aktrisa gül-çiçəklə qarşılanıb. Xəstəliyi ilə bağlı media nümayəndələrinə məlumat verən Hülya "Ölkəmə qayıtdığım üçün çox xoşbəxtəm. Türk xalqı mənim üçün dua etdi, mənə şəfa diləkləri yolladı, mənə güc verdi" deyib.
 
Hülya Koçiyit xərçəngə necə tutulmasını belə izah edib:
 
"Qəzaya düşdüm, ondan sonra belim çox ağrıyırdı. Qızım həmin ərəfədə Amerikada döş xərçəngindən əməliyyat olunmuşdu. Mənə dedi ki, rentgen çəkdirək. Rentgen zamanı onurğamdakı sınıqla yanaşı, ağciyərimdə xərçəng olduğu aşkarlandı".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.