Maraqlı

İnsan beynini hack etməyə çalışan 11 texnologiya

20 May 2017 08:25
0 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimizi digərlərinə yayımlaya biləcəyik. Söhbət "beyni hack edən" texnologiyalardan gedir. Həmin texnologiyaları yaratmağa çalışanlar sırasında Elon Musk-dan tutmuş, DARPAtəşkilatı kimi olan təmsilçilər var. 

Milli.Az technote.az-a istinadən bildirir ki, Techcrunch, bir gün bizim daha güclü, ağıllı və qorxmaz olacağımıza köməklik edəcək texnologiyalar üzərində çalışan 11 şirkətin siyahısını hazırlayıb. Onları sizlərə təqdim edirik.

Neuralink:

Elon Musk-ın yeni ideyası, insan beynini kompüterə birləşdirməyi söz verir. İnsan beyninin kompüter ilə qarşılıqlı əlaqəsini təmin edəcək neyrointerfeysi, şirkət, "neyron bağı (ip mənasında)" adlandırır. Bir neçə mikron ölçüdə olacaq kiçik çiplər insan beyninə yeridilərək onun koqnitiv xüsusiyyətlərini daha üst səviyyəyə qaldıracaq. Bu cür texnologiyanın 2027-ci ilə kimi yaradılacağına Musk söz verib. Bununla belə bir sıra alimlərin fikrincə bu cür texnologiyanın yaradılması bəzi riskləri özündə birləşdirir. Belə ki, çiplərin sağlam insan beyninə yeridilməsinə imkan verəcək etik normalar hələki yoxdur. Bundan əlavə olaraq insan ilə kompüter arasındakı bu cür kommunikasiya hələ tənzimlənməyib. Beləliklə bir çoxlarının beyni xüsusi dövlət orqanları, reklam verənlər, sığorta və marketinq şirkətlərinə maraqlı ola bilər. Belə ki, onlar insanları izləyə və ya istədikləri vaxt onlara nəsə sata bilərlər.

DARPA:

Pentaqonun perspektivli tədqiqat layihələri idarəsi, yaddaşın yenidən bərpa edilməsi imkanını verəcək yeni texnologiya üzərində çalışır. Beyin qabığına yeridilmiş xüsusi sensor, beyin siqnallarını qəbul edir və insanın yaddaşını itirməməsi üçün neyronları stimullaşdırır. 2000-ci ildən bəri 270.000 hərbçi, beyin travması nəticələri ilə mübarizə aparmalı olub. DARPA isə yaddaşın geri qaytarılması prosesinin sadələşdirilməsi üzərində yardımçı olmağa çalışır.

Kernal:

Sözügedən startap, "Black Mirror" adlı fantastik teleserialı izləyicilərinə yaxşı tanış olan texnologiya üzərində çalışır. Söhbət, yaddaş çipindən gedir. Bu texnologiya sayəsində insanlar istədikləri zaman istədikləri yaddaşlarını izləyə biləcəklər. Bu cür çip həmçinin Cənubi Kaliforniya Universitetində də hazırlanır.

Neurable:

Bu startap, xəyal gücü ilə idarə edilməsi mümkün olacaq virtual və tamamlanmış reallıq üzrə proqram təminatını hazırlayır. Bu texnologiya virtual reallıq sərhədindən kənarda da xüsusi tətbiqə sahibdir. Məsələn onun vasitəsilə uzaqdan sobanı idarə etmək və ya işığı yandırıb-söndürmək mümkündür.

Muse:

Başa taxılan Muse adlı xüsusi sarğı, sizi qeyri-adi insan etməsə də, beyin dalğalarına təsir edərək stressdən və həyəcandan yaxa qurtarmağa köməklik edə bilər. Bu cihaz vasitəsilə istifadəçi həmçinin smartfonda və ya planşetdə rahatlığa qvuşub-qovuşmadığını da yoxlaya bilər.

Thync:

Bu cihaz da stress atmağı və rahatlanmağı təmin edir. Cihaz öz iş prinsipində elektrik cərəyanından istifadə edir və smartfon vasitəsilə idarə olunur. Beləliklə onu elə ayarlamaq olar ki, o sizə gah gümrahlıq verə bilər, gah da sizi rahatlada bilər.

Emotiv:

Neyrocihaz hesab olunan Emotiv, ona qoşulmuş cihazları xəyal gücü ilə idarə edilməsini təmin edir. Cihaz beyin siqnallarını qəbul edir və onları adi əmrlərə çevirir. Məsələn bu cihaz vasitəsilə drona, uçmaq barədə xəyali əmr vermək olar. Nəticədə o, havaya qalxacaq. Sözügedən cihaz böyük potensiala sahibdir. Fiziki cəhətdən qüsurlu insanlar arasında isə bu potensial artır.

Halo Neuroscience:

Bu neyrocihaz, beyin funksiyalarını və aktivliyini təkmilləşdirmək üçün idmançılara yardımçı olur. Sözügedən cihaz, işıq impulsları sayəsində beyin qabığının hərəkət funksiyalarını stimullaşdırır. Bir çox məşhur idmançılar bu texnologiyadan artıq istifadə edirlər.

Florida Universiteti:

Bir çox tədqiqat universitetləri, xəyal gücü vasitəsilə idarə edilməsi mümkün olacaq dronlar üzərində çalışır. Məsələn Florida Universiteti tərəfindən hazırlanmış texnologiya, abstrakt düşüncələri dronlar üçün nəzərdə tutulmuş adi əmrlərə çevirə bilir. Bu texnologiyanın iş prinsipi, Emotiv cihazının iş prinsipinə bənzəyir. Qeyd etmək lazımdır ki, bu universitet, ABŞ-ın Müdafiə nazirliyi ilə əməkdaşlıq edir.

Brainsgate:

Bu cihaz, neyrostimullaşdırma vasitəsilə baş ağrısından azad olmağa yardımçı olur. Texnologiyanın yaradıcılarının sözlərinə görə bu texnologiya skleroz, epilepsiya, insult, Altsheymer və Parkinson kimi mərkəzi sinir xəstəliklərinin müalicəsində böyük potensiala sahibdir.

Nootroplar:

Beyni tam olaraq hack etmək üçün alimlər nootroplar (insan yaddaşının bərpasını və koqnitiv xüsusiyyətlərin təkmilləşdirilməsini mümkün edən həblər). Bu cür texnologiyaların yaradılması ilə Silikon Vadisində olan bir çox startaplar məşğul olurlar. Məsələn, Nootrobox adlı startap, smartfon və planşetlər üçün xüsusi tətbiq hazırlayır. Həmin tətbiq vasitəsilə hər-hansı bir şəxs, nootrop həblərin qəbulundan sonra həmin həblərin orqanizmə necə təsir etdiklərini və şəxsin özünü gümrah hiss etməsi üçün hansı miqdarda həbin qəbul edilməsini müşahidə edə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.