Maraqlı

Burada evlənmək hər adamın işi deyil - QADINA ELƏDİKLƏRİNƏ İNANMAQ OLMUR - FOTO

15 May 2017 21:12
9 Şərh     Baxış: 5 996

Dünya ölkələrinin özünəməxsus adət-ənənəsi var. Qərb dövlətlərində keçirilən mərasimlər, ayinlər Şərq dövlətlərinə nisbətən daha ağlabatan olur. Yer üzündə ən maraqlı və ağlasığmaz adətlər isə Afrika, əsasən də Efiopiya ərazisində qeydə alınıb. Yetkinlik yaşına çatmış gəncləri, evlilik hazırlıqları görən cütlükləri qəbilələr çox maraqlı şəkildə "təbrik" edir.

Milli.Az sizə maraqlı adətləri ilə fərqlənən Hamer qəbilələsi haqqında faktları təqdim edir:

20 min nəfərlik əhalisi olan güclü Hamer qəbiləsinin əksəriyyət üzvləri Efiopiyaya məxsus Omo çayı vadisində yaşayır. Əsasən ənənəvi kəndlərdə yaşayan sakinlər, əhalisinin sayı artdığı üçün daha böyük şəhərlərə və paytaxt Addis Ababaya köçürlər.

Hamer qəbiləsi maraqlı adətləri ilə seçilir. Bu qəbilənin üzvləri arasında yetkinlik yaşına çatmış kişilər iki ritual keçirməlidir: sünnət və buğa üstündən tullanma. Bu iki sınaqdan keçənlərin yetkinlik çağından gənclik çağına keçdiyi deyilir. Əvvəlcə ailəsinin gözü önündə qamçılanan yeniyetmələr daha sonra axtalanmış dörd inəyin üzərindən hoppanmalıdır. Bunu edə bilən oğlanlar evliliyə hazır olduqlarını sübut etmiş olurlar.

Qəbilədə yaşayan qızların işi isə daha çətindir. Hamer qəbiləsinin xanımları bədənlərindəki qamış izlərilə fəxr edirlər. Belə ki, qəbilənin adətinə görə, bədənində daha çox qamçı izi olan qadın əri tərəfindən ən çox sevilən qadındır. Ərləri qadınları çubuqla qan çıxana kimi döyür. Bunu qadın özü istəyir. Qamçı izlərinin ağrısına dözə bilməyən qadınlar yaraların üzərinə yağ çəkirlər. Sonra isə lüt çölə çıxıb qəbilə qadınlarına çapıqlarını göstərirlər. Kiminsə bədənində çapıq yoxdursa, digərləri həmin qadını lağa qoyur, ərini isə impotent hesab edir. Döyülən qadınlar ritual zamanı qışqırarlarsa, bu qəbilə içində rəzalət deməkdir. Qadın ərinin vurduğu qamçılara dözə bilmirsə, deməli onu sevmir. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

9 Şərh:

  • Anonim
    QQ · 15 May 21:3260

    Pah yox essi .Basuna deysin o sevmek o erin .Doyub qancir edecek ki sevdiyini subut edir he ?Vehsidiler ki bunlar .

    Cavab yaz
  • Anonim
    Baku · 15 May 21:4060

    Delixanadi e..

    Cavab yaz
  • Anonim
    melek · 15 May 21:5200

    bunlarin gorkemi budurda bunlardan ne agili adet cixarki ozlerine yarasan adetdi

    Cavab yaz
  • Anonim
    Narcis · 15 May 23:5410

    Manyaklar

    Cavab yaz
  • Anonim
    ses · 16 May 01:0600

    yeqin men orda yawasaydim subay qalardim

    Cavab yaz
  • Anonim
    maraqli · 16 May 01:2701

    turklerin maraqli bir atalar sozu var . deyirki qadinlarin sirtini sopasiz karnini ise cocuksuz birakmiyacaksin

    Cavab yaz
  • Anonim
    eldaniz · 16 May 07:3910

    Allahim ya rebbim sukurler olsun ki , bizi Afrikada sakin etmedin ... bele de adet olar sen qamciynan doy camaati sonra de ki , necedir sevirsen meni ??? yoxsa sevmirsense bir az doyum seni ? buna sevmek yox delilik deyerler ..

    Cavab yaz
  • Anonim
    1111 · 16 May 12:0910

    Yaxşı ki qadını döymək adəti buralarda yoxdu. Yoxsa kişilər hirsini döyərək çıxardan qadından. Bəzi qadınlarda qonşusunun, rəfiqəsinin bəhsinə özünü gecə-gündür döydürər.

    Cavab yaz
  • Anonim
    SEBUHI · 16 May 12:2500

    eee bura basdan ayaga delixanadirki....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.