Maraqlı

2 tonluq maşını qaldırıb uşağı xilas etdilər - VİDEO - FOTO

9 May 2017 20:05
0 Şərh     Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2 ton ağırlığında, ağ rəngli Mercedes A Class avtomobilinin altında 7 yaşlı oğlan qalmışdı. 15 nəfər yığışaraq maşını qaldırıblar, yana çəkiblər və uşağı xilas ediblər.

Milli.Az The Guardian-a istinadən bildirir ki, insident dünən Lester şəhərinin Haysfild səmtində, St Peters Road küçəsində yaşanıb.

Travmalar almış 7 yaşlı oğlan Nottingem yaxınlığındakı "Queen's Medical Centre"ə aparılıb.

Onun vəziyyəti kritikdir.

Polisdən verilən məlumata görə, küçədən keçənlər əlbir olub maşını kənara çəkməsəydilər və 7 yaşlı oğlanı avtomobilin altınrdan çıxarmasaydılar, məktəbli öləcəkdi.

7 yaşlşı oğlanı vurmuş sürücü tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

2 tonluq maşını qaldırıb uşağı xilas etdilər

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.