Hansı dində fahişəlik müqəddəs hesab olunurdu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün fahişəlik tabu sayılsa da dünyanın bir çox yerində qanunla qəbul olunur. Fahişələr vergi verirlər, həm özləri qazanırlar, həm də dövlət. Bəs fahişəlik necə ortaya çıxdı və tarix boyunca necə dəyişdi, fərqli bir rəng aldı? Müqəddəs hesab olunan fahişəlik necə oldu ki əxlaqsız peşə hesab olundu?
Milli.Az lent.az-a istinadən xəbər verir ki, fahişəliyin ilk izlərinə Mesopotamiyada rast gəlirik. Təəccüblü gəlir sizə? İnsanlıq tarixinə aid yaxşı və pis qəbul edilən nə varsa Mesopotamiyada ortaya çıxıb. Ona görə də təəccübü qoyaq bir kənara...
Məsələnin qəribə bir tərəfi var: Mesopotamiyadakı ilk böyük sivilizasiya olan Şumerlərdə fahişəlik dini təcrübə kimi meydana gəlmişdi. Şumer toplumunda fahişəlik Eşq və Müharibə Tanrısına (o zamanlar "savaşma, seviş" devizinin yerinə "savaş və seviş" vardı) ithaf edilmişdi. Eşq və Müharibə Tanrısı İnanna həm də Göyün Fahişəsi adlandırılırdı. Tarixə görə, fahişəlik Cənnət Evləri adlanan məbədlərdə başlamışdı. Cənnət Evləri məbədlərinin böyük hissəsi Dəclə və Fərat çayları arasındadır.

İnanna eyni zamanda bərəkət tanrısı idi. Bunu da tarixin ilk bilinən tarixçisi Herodotdan öyrənmişik. Cənnət Evləri məbədlərində sığınacaq tapan və İnannaya xidmət edən fahişələr eyni zamanda buranın rahibələri sayılırdı. İnannanın məbədinə ziyarət edənlər isə daha çox əkinçilər idi. Əkinçilər pul qarşılığında rahibələrin müqəddəs bədənlərinə sahib olurdular. Onlar rahibələrin bədənlərindən aldıqları güclə İnanna ilə əlaqəyə girdiklərini düşünür və tanrının bərəkətindən faydalanmaq istəyirdilər.
Rahibələr cinsəlliklə bağlı seks terapevti xidməti də edirdilər. Eyni zamanda tanrının bərəkətinə xeyir-dua vermək üçün əkin zamanı krallarla baş rahiblərin sevişmə ritualları reallaşdırılırdı. Seks həyatın hər yerindəydi və cəmiyyəti düzəltməyin ən faydalı yolu hesab olunurdu.
Antik dövrdə fahişəliyin izinə "Gilqamış" dastanında da rast gəlmək olur. Dastanda bəhs olunan Harimutlar həm məbədlərdə, həm də küçələrdə çalışan aşağı sinif fahişələr sayılırdı.
Antik mədəniyyətdə fahişəlik cəmiyyətdə önəmli rol oynayırdı. Fahişələr cəmiyyəti quran, onu qoruyan insanlar hesab olunurdu. Babil kralı, tarixdə ilk qanunları hazırlayan Hammurabi fahişələri dul qadınlarla eyni cərgəyə qoymuşdu.

Antik Yunan mədəniyyətində fahişəlik dövlətin əlinə keçmişdi. Tarixdə ilk dəfə fahişə sektoruna vergi qoyulmuşdu. Afinada fahişəliyin artırılması ilə möhtəşəm bir ordu qurulacağı, iqtisadiyyatın inkişaf etdirilməsi düşünülürdü.
Bəs yaxşı, hər şeyin belə normal getdiyi vaxt necə oldu ki, fahişəlik lənətlənməyə başlanıldı? Müqəddəs hesab olunan, dəyərləndirilən fahişəlik niyə birdən-birə gözdən düşdü?
Əslində bu sualın tək bir cavabı var: çoxallahlıq yerini təkallahlığa verəndə fahişəlik lənətlənməyə başlamışdı. Qərbdəki dini fanatiklərin sayının artması fahişələr üçün arzuolunmaz bir şərait yaratmışdı. Onlar lənətlənir, daşlanır, hər yerdən qovulurdular.
Roma Mesapotomiyanı işğal elədiyi vaxt Cənnət evləri məbədlərini uçurdu və yerinə xristian inancının yayılması üçün yeni məbədlər inşa elədi. Bununla da fahişəlik müqəddəs iş olmaqdan çıxıb əxlaqsız peşəyə çevrildi.
DİGƏR XƏBƏRLƏR
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
-
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi bəlli oldu
-
“Real Madrid” səfərdə “Barselona”ya qalib gəldi
-
Əsl üzlərini illərlə gizlədən 5 bürc
XƏBƏR LENTİ
-
İnfantinodan “Qarabağ”ın oyunu ilə bağlı paylaşım - (Video)
-
Azərbaycanda kənd yumurtası bahalaşdı
-
Azərbaycan XİN Avstriyanı təbrik etdi
-
Deputatın həbs edilən oğlunun görüntüləri - (Video)
-
Acunun keçmiş arvadı tövbə etdiyini açıqlamışdı, bu görüntüləri yenidən paylaşdı - (Video)
-
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
-
Siyəzəndə evdən meyit tapıldı
-
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
-
Daha bir yolayrıcında svetoforlar quraşdırıldı
-
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
-
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılır
-
Mətbuat Şurası jurnalistlərin IX qurultayının qərarını şərh edib
-
DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - (Video)
-
Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var
-
Qızılın və gümüşün qiyməti dəyişdi
-
Kilsədə qətliam törədən şəxslər saxlanıldı
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq
-
"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi bəlli oldu
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
“Real Madrid” səfərdə “Barselona”ya qalib gəldi
-
Əsl üzlərini illərlə gizlədən 5 bürc
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?





